Bizim Qarabağ problemimiz var ?


Azərbaycanlılar nəyincə “ucundan” tutub ucuzluğa getməyi sevən insanlardır. Mütləq problem özlərinə yaradırlar. Olmaz ki, bir dəfə sakit bir həyat yaşasınlar. Düzdür həyatda olan problemlər bitəsi bir məsələ deyil. Ancaq hər bir problemi də, durub qabartmağında adı yoxdur. Qeyri ciddi bir məsələ olur. Bir məsələnin ki, zibilini çıxartdın onda aktuallıq itir.

Azərbaycanlılar Qarabağ problemini o qədər ucuzlaşdırıblar ki, artlıq dolma məsələsi ilə bir anlama gəlir. 

Azərbaycanlıların əsas birdənə problemləri var. Bunu ancaq heç kim yada salmır. Xalq it günündə yaşasa da, acından günorta dursa da, yenə də, problem Qarabağdır. Kimdən soruşsan ki, sənin dərdinin adı nədir? Cavabında Qarabağ deyir. Hətta misal da artıq yaranıb. Kimə desən ki, nə olub, nə problemin var deyir ki, birdənə problemim var oda ki, Qarabağ! Başqa bir probleminin olmadığını deyir. Əslinə qalanda Azərbaycanlıların Qarabağ adında problem yoxdur!

Azərbaycanın problemi Demokratiyadır, Diktaturadır, avtoritar rejimdir. Sərbəst toplaşma hüququnun tapdanmasıdır. Azad seçkidir. Azad fikirli gənclərə qarşı repressiyyadır. Azad sözə qarşı senzuradır. Medianın hakimiyyət yönlü olmasıdır. Televiziyaların ancaq istədikləri sujetləri efirə verməsidir. Polisin internet klubda oturan gənci telefonla söyüş söyürdü deyə 5 sutka verməsidir. Və sair və ilaxır…

Azərbaycanın problemi Milli Hakimiyyətdir. Xalq hakimiyyətidir. Xalqın seçdiyi lideri hakimiyyətdə görməsidir. Öz liderinin nümayişlərdə çıxışını dinləməsidir. Öz liderinə səs verməsi və seçki qutusundanda öz səsinin öz liderinə getməsini görmək istəyir.

Məhz buna görə Azərbaycanın Qarabağ adında problemi yoxdur. Problemləri yuxarıda sadaladığlarımdır.

Qarabağ problemi isə Milli, Xalq Hakimiyyəti gələndə cəmi 5 günə həll ediləcək. Buna heç kimin şübhəsi olmasın!!!

Bizim Qarabağ problemimiz var ?” üçün 4 cavab

  1. Geri bildiriş: Bizim Qarabağ problemimiz var ? | Azblog.org·

  2. Geri bildiriş: Kharabakh is problem or ..? « Yataq by Usizade·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma