Siqaret ziyandır?De sən öl… (c)Etibarlı


By Kelvin Qasimov

Siqaret ziyandır. – Hamı

Səhiyyə Nazirliyi xəbərdarlıq edir. Siqaret çəkmək sizin sağlamlığınız üçün təhlükəlidir. – Dövlət

Oğlum öldürəcək bi zibil səni. – Valideynlər

Etibar söndür bu zibilidə, günə nəqədər siqaret çəkirsən sən, ciyərlərinə yazığın gəlmir ? – Tanışlar

Etibar siqareti tərgitmə sənə yaraşır… – Bir dostum (siqaret çəkmir) 

Və…yəni ki, belə çox fikir var. Mənlə siqaretin dostluğu üçün deyilən ifadələr. Əslində siqareti ilk dəfə əlimə alanda fikirləşmişdim ki, görəsən buna bağlanmayacağam ki? Ancağ bağlandım. İlk dəfə siqareti ağzıma qoydum. Beynimdə dayanmalar başladı. Beynim yaxşı işləmədi 1-2 saniyə. Sonra müvazinətimi az qala itirəcəkdim. Bu gündə hər dəfə siqaret yandıranda o hissi yenidən duymaq istəyirəm. Ancaq heyif ki, bədənimdə artıq yetərincə nikotin var. Mən o həzzi bir daha ala bilməyim üçün gərək 1 ay siqaret çəkməyim. Bəzən siqareti tərgitmək haqda fikirləşirəm. 2 dəfə eləmişəm 1incisi ad günümdə tərgitdim və  1 il çəkmədim. Son dəfə isə sonuncu 31 dekabrda çəkməmək haqda fikirləşdim ancaq 1 aydan sonra yenə qayıtdım dostumun yanına.

Bəlkə də, tərgitmək asandır siqareti. Bəlkədə mümkün deyil. Ancaq Azərbaycan reallığında siqareti tərgitmək qəliz məsələdir. Bu qədər problemin arasında insanı bəzən səhv qərar verməkdən uzaqlaşdırır siqaret çəkilən 2-3 dəqiqə. Çox tanışım deyir ki, siqareti sən sürətlə çəkirsən. Bəlkə nikotin azlığı xəstəliyim var mənim. Çünki camaat siqaret çəkəndə öskürür. Ancaq mən siqaret çəkməyəndə. Bəzən də deyirlər ki, öldürəcəksən özünü. Buna çox da şərh vermək kimi həvəsim yoxdur. O fikirə Aqşin Yenisey çox gözəl cavab verib. Ürəyimdə olanı o kağızı köçürüb…Eşq olsun Şairə…

Soruşsalar aldatmazsan, deyərsən ki, çox içirdi,

Deyərsən ki, o, ölümə tələsmirdi, o, ölümə gecikirdi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma