Yaptokrat etirafı…(c)Etibarlı


Bəzən marağlı hadisələr baş verir. Ümumiyyətlə Azərbaycanda günümüz marağlı keçir. Başqa yolu yoxdur.

Mənə gələn bir etirafı sizlə paylaşım.

Beləliklə bir YAP-tokratın etirafı…

Sən məni yaxşı tanıyırsan Etibarlı imzası ilə yazan blogger. Mən prezidentimizin siyasi, ictimai, sosial, idman və mədəni kursunu dəstəkləyən şəhər sakiniyəm. Mənim tez – tez siz istirahət hüququmu pozursuz…

Ona görə sözlərimi diqqətlə oxu…

İlham gəlir yazırıq, mehriban oluruq. AZTV gəlir qalstukumuzu geyinib 30-35 dərəcə istilikdə Milli Parka çıxıb ölkəmizin rifahından danışırıq. Müxalifətdən də, danışırıq. Onları ağ yuyub, qara səririk. Zivələrə(iplərə) gündə bir müxalif  lideri yada müxalif fikirli gənci asırıq. Birini narkoman, şeyxor çıxardırığ. Birini milli, mədəni, bədəni, səməni dəyərlərimizi qəbul etmədiyinə görə vətən xaini elan edirik. Azadlığlarını məhdudlaşdırırıq. Səbəblərimiz sadədir. Artıq özümüzü güclü göstərməyə çalışdığımız anda açıq yalanlarımız biruzə verir. Buna bir quş.

Futbolda olan məğlubiyyəti belə liderlərin ayağına yazırıq. Dünya reytinqinin öncül komandalarını məğlub etməyə belə hazırıq. Futbolda da rüşvətxor, korrupsioner olduğumuzu da, diqqətinizə çatdırım. Lap Braziliya yığması gəlsin, bir az neft, bir milyon dollar və heç-heçə edərik. Görmədiz Eurovisionda necə qalib gəldik? 1 ay əvvəldən hazırlamışdıq Eurovision Qələbəsi Odlar Yurduna Yaraşır ! şüar və plakatlarını. Təki istəyək. İstədiyimiz hər bir problemi həll edərik.  Elə bilirsiz Qarabağ problemini həll edə bilmərik. Haşa Yalandır!  Onu həll eləməyimiz an məsələsidir. Sadəcə istəmirik. Nəyimizə lazımdır axı Qarabaq. Yeyirikdə qaçqınların pulunu, onlara gələn beynəlxalq yardımı satırıq da. Bizə əjdaha lazımdır? Biz bilirik bu Azərbaycanlıların yeganə bir məqsəddə birləşməsinin yeganə bir səbəbi olar. O səbəbdə ancaq Qarabağdır. Bizə də, lazım deyil. Lazım olanda yalan deyən ümummilli liderdir ki, 5 günə alacayıq. Bizə inanın.

Bu günlük etiraflarımın sonunda sənə bir dənə fikrimi çatdırım, gedim Pider Tv-də yeni bir çəkilişimiz var gedim onu montaj edim.

Sevinirsiz ki, Azadlıq aşiqi jurnalist Eynulla Fətullayevi həbsdən azad eləmişik. Sevinin…Ancaq onu da, yaddan çıxarmayın ki, nə qədər ki, biz varıq o karserlər, o həbsxanalar boş olmayacaq. Cinayətkarlar bayırda gəzəcək. Siz onları əvəz edəcəksiniz. Sizin yeriniz oralardır. Ona görə sizə uğurlar arzulayıram…İçəridə… Sizə uğur lazımdır…

Ps. Tezliklə yenə sənin emailini yada salacağam…Bacarırsansa Azad ol…

Yaptokrat etirafı…(c)Etibarlı” üçün bir cavab

  1. Geri bildiriş: Yaptokrat etirafı…(c)Etibarlı | Azblog.org·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma