Türkiyə seçkisi 2011


Türkiyə bugün seçkidə idi. Seçki marafonunun nəticələri bu gün aydın olacaqdı. Türkiyə yazarlarının bir çox bu marafonun əvvəlində Kılıçdaroğlunun CHP-sini, müəyyən vaxt keçdikdən sonra Bahçeli-nin MHP-sini favorit göstərirdilər. Hakimiyyətdə olan AKP ni, Erdoğanı yada salan yox idi. Bir ara hətta MHP də yaranan “Kaset skandalında” AKP nin əli olduğu və buna görə də, AKP  nin məğlubiyyətə uğrayacağını da deyirdilər. Olan işdir…Kişinin başına iş gələr.

Bu gün nəticələr açıqlananda isə heç təəcüblü bir məsələ olduğuna kiminsə inandığına inanmıram. Nəticələr özünü gözlətmədi. CHP özünü güclü saydığı zonalarda ağır məğlubiyyətə uğradı. 

Sözün düzü CHP  öz səs faizini nisbətən yuxarıya çəkib. Bu onlar üçün uğur sayılmalıdır. Ancaq seçkidən öncə Kılıçdaroğlu və komandası qələbədən danışırdılar. Ancaq nəticələr açıqlanandan sonra Kılıçdaroğlu : Millət Vəkili sayımızı keçən seçkiyə nisbətən artırdıq. İndi daha çox deputatla iştirak edəcəyik TBMM də…

Qısaca MHP dən isə onu demək olar ki, onlar CHP qədər vurub – yıxmırdılar. Mitinqlərdə “Biz TBMM də üstünlük təşkil edəcəyik demirdilər.” Ancaq son günlərin birində hansısa türk köşə yazarının yazısını oxudum ki, AKP nin xilası MHP ilə koalisiyaya getməkdir… (!!!)

AKP-yə gəldikdə isə üçüncü dəfə səs çoxluğunu qazandılar Türkiyədə. Bu Türkiyə tarixində bir ilkdir.

Orxan ATA-nın sözü yerinə düşdü : AKP Het Trik elədi…

3 İl də Millət Vəkili keçirə bilmədi TBMM-ə : Tunceli, Hakkari və İğdır.

Düzdür bir sıra qərb jurnalistləri seçkinin nəticələrini müşahidə edib fikir bildiriblər ki, bu qələbə AKP-çilərin özlərinə olan inamı daha da, artıracaq. Ancaq yaxın illərdə Türkiyədə ki, Demokratiyanın vəziyyəti pisləşə bilər. Bu da, Qərb ölkələri üçün təhlükədir.

 Hər halda 49.91 % səs yığmaq böyük nəticədir…

Hakan Şükür  – də Millət Vəkili oldu…

Mənim bu marafonda ən çox xoşuma gələn və heç vaxt yadımdan çıxmayacaq bir sitat oldu… “Ananı da alda GİT…”

Ps. Bu seçkidə Tərəfsiz Millət Vəkilləri də, TBMM-ə seçildilər. Bu qrupun çoxu BDP partiyasını da dəstəklədiklərini yaddan çıxarmayaq…

Türkiyə seçkisi 2011” üçün bir cavab

  1. Geri bildiriş: Türkiyə seçkisi 2011 | Azblog.org·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma