Çin arağı, komunizm və Pivə…


Son zamanlar içki haqqında yaman çox müzakirələr yaranıb. Kim kimi harda tutdu orda tənqid edir. Biri çox içir, biri az içir. Biri vapşe içmir. Biri içəndən sonra yatır, biri isə içəndən sonra daha gülərüz olur. Digəri amma içib dava salır. Nə bilim biri içib səlis rus dilində danışır. Belə misallar çoxdur. Noyabr ayından başlayaraq mütamadi su yerinə Pivə içirəm. Bəzi Publarda hətta deyirdilər ki, qışda pivə içməzlər. Mən razı deyiləm. Demokratiyadı. Kimin ürəyi nə istəyir onu içər özüdə istənilən vaxtda. Məsələn söhbət var ki, çaxırı kababla içərlər. Arağı isə yağlı yeməklərlə. Əsas da, xaş ilə. Sözün düzü mən xaşist deyiləm. Buna da , bir quş.

Bu gün El Toro-da otururub eləyəcəyimiz işləri müzakirə edərkən bizim mitinq işləri ilə beyni xarab olmuş Seva Mamedova bir gözəl ifadə işlətdi. ” Çinlilər komunistdir və araq içmirlər.” Bunu belə açıqlaya bilərik ki, çinlilər iqtisadi cəhətdən çox inkişaf eləsələr də, siyasi azadlıqlar çərçivəyə alınır rejim tərəfindən. Azad yaşamaq hüquqları əllərindən alınır. Dövlət hansı kitabı istəyir onu oxudur onlara. Əslinə baxanda pivə stolunda limon suyu sıxılmış saçaqlı pendir yeyərkən belə bir fikri beyində formalaşdırmaq hər adamın işi deyil. Varda Seva – da belə şeylər.

Bu məsələ sonda internetin dövlət tərəfindən filtrasiyasına, Türkiyədəki siyasi – ictimai duruma, 12 iyun seçkilərinə, Kaybedenler Klübünə və sonda da, 25 azn-i kimin ödəyəcəyinə gedib çıxdı… 🙂 Axırı yaxşı qutardı… 🙂

Ps. Türkel Rüstəmxanlı amma evə gedərkən yaddan çıxartdı sağollaşmağı… Qinayıram 😛

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma