Uşaqlar Azərbaycanda… (c)Etibarlı


Bu gün 1 İyun Beynəlxalq Uşaqları Müdafiə günüdür.

Rəsmi statiskanı dəqiq bilmirəm. Sözün düzü heç vaxt statistikaya marağım olmayıb.

Ancaq Dünyada hər saniyə filan qədər uşaq acından ölür. Dəqiq bilirəm. Əsasən də, Afrikada…

Heç dünyanı qoyun qıraqa Azərbaycana baxın.

Heç bir dəfə uşaq evində olmusuz? Mən 4-5 dəfə olmuşam. Və indi gedə bilmirəm ora. Çünki ordan çıxanda balaca bir qız uşaqının “Əmi, nə olar məni də, apar…” sözləri yadımdan çıxmır. Hansı ki, üstündən 2 il keçir. Uşaqın üzü, yaşlı gözləri beynimdən silinmir…

Biz heç Bakının küçələrinə çıxmırıq ? Görmürük ki, Azərbaycanda nə qədər küçə uşaqı var? Biz görmürük ki, Anasının qucaqında, yada atasının əlindən tutmuş saf balacaları? Anası yaxud Atası dilənir. Uşaqı yanında gəzdirir. Uşaq hələ anlamır. Ancaq anlayanda artıq onu da, dilənməyə məcbur edəcək ailəsi.

Və yaxud küçədə maşın şüşəsi silən, təkər qaraldan, tütək çalan uşaqları görmürük mü?

Dünən gecə radioya qulaq asırdım. Milli Parkın rəisi deyirdi ki, 1 İyuna görə bütün atraksionlar pulsuz olacaq. Şəhərimizin uşaqlarını dəvət edirik. Onlar dəqiq bilirlər guya ki, uşaqlara atraksion lazımdır. Razı lazımdır.  Ancaq onlara isti yemək, ailə şəfqəti daha lazımdır.

Tvitterdə bir dostumun yazdıqı tviti də, bura yazıram.

 Eltaj Zeynalov  : Azərbaycanda 10 minə yaxın küçə uşağı var. Azərbaycanda ən hündür bayraq var.
Həqiqətən də, düzgün yanaşmadır…
Fotolara baxın və fikirləşin…
By Ahmed Mukhtar

Photos By Ahmed Mukhtar

Fotolara görə Ahmed Mukhtar – a Təşəkkür edirəm!!!

Uşaqlar Azərbaycanda… (c)Etibarlı” üçün 2 cavab

  1. Mən bu uşaqları tanıyıram. Ataları və babalarida tütək çalıb dilənməklə məşğul olublar.Hələ 20 il əvvəl babaları bu uşağin atası ilə torqovuda”Çiniçi” uzbə-üz otururdular. Onları avtomatla da məktəbə aparmaq qryri-mümkündür.Evləri Ələtddən 5 km aralıdır qəbrstanla üzbəüzdür.Bir az böyüdülər maldarliqla məşğul olacaqlar yerlərini isə öz nəsillərindən olan başqa uşağa verəcəklər.Dolanışiqlari bizdən yaxşıdır!

  2. duzu yalniz sekildeki usaqlari deyil umumiyyetle valideyinlersiz ya da usaq evlerinde olan cox sayda usaqlar var ki onlari cemiyyete qazandirmaq olar ve insanlarin baxis bucagi deyiser sadece ozunu bele seyle yormaq isteyen adam ya yoxdu varsa da cox azdi.eyer kimse nese etmek isteyirse men hazir.yarimciq 1 fikir de var ustunde oturub isleyib nese etmek olar.Etibar tesekkur bu yazi ucun .UGURLAR.Insallah zamanla hell yolunu tapar bu problem .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma