Qısaca Gürcüstan II


Qısaca Gürcüstan II

Gürcüstanda tikililər həddan artıq maraqlı üslublarda tikilir vəya tikilir. Gürcüstan dedikdə, mən Bakuranidəki tikililərdən danışıram hal hazırda. Bakurani Gürcüstanın qış turizm mərkəzidir desəm yanılmaram məncə. Buranın havası həddən artıq təmizdir. Hər halda dağın başındakı yerin havasını təsvir etməyin bir xeyri yoxdur. Bilənlər bilir bilməyənlərə də, burda olub gözləri ilə görməyi, ciyərləri ilə duymağı məsləhət görərdim.

Tikililərdən danışırdıq elə bil. Evlər əsasən 2mərtəbəlidir. Həyətləri yaşıllığ. Oturub havadan həzz ala ala Nakatari pivəsi içmək üçün həyətlərdə stollar da var. Evlərin ikinci mərtəbəsində təbiətin Bakuranilərə bəxş elədiyi nemətlərdən rahat bəhrələnməsi üçün yeri də, yaddan çıxarmayıblar. Hər şey həddən artığ sadədir. Nə 15 metrlik divarlar var. Nədə gülləleçirməz seyf qapılar. İnsanlarıda da, çox mehribandır. Mağazaya getdik uşaqlarla orda olarkən. Dükana bəzimiz girsə də, bəziləri bayırda bizi gözləyirdi. Çıxanda gördüyümüz mənzərə çox marağlı idi. Əhliman Abbaslı dükanın yanında kı, həyətlərin birində balaca gürcü uşaqlarla  futbol oynayırdı. Uşaqların anası da, maraqla Azərbaycandan gələn qonağa baxırdı. Biz çağırmasa idik, yəqin ki, Əhliman uşaqlara futbolun incəliklərini anladacağdı. Təsəvvür edin Azərbaycanda elə bir situasiyanı. Uşaqların anası nə oyun çıxardardı yad ilə uşaqlarını bir yerdə görsə idi. Hərhalda bu halı nə özümə, nə sizə nədə ki, Əhlimana arzulayardım.

Otel infrostrukturunu inkişaf etdirirlər gürcülər. Ancaq otelləri elədə dəbdəbəli görünüşlə tikmirlər. Burdakı otellər çox aşağı ranqlı məmurların öz sevgililərinə hədiyyə elədikləri villalara oxşayır. 4-5 mərtəbədən ibarət olan kiçik villalara bənzəyir. Birdənə də, təsəvvürünüzü zorlayın. Azərbaycanda kı, otelləri. Necə də, dəbdəbəli olurlar. İri divarları olur. Mühafizə xidməti silahlarla silahlanaraq mühafizə edirlər binanı. Quş belə uçurtmurlar az qala.  Ancaq burda belə deyil. Bəlkə sırf buna görə Turizm ilində bizim vətəndaşlar turist kimi, Azərbaycanın istirahət mərkəzlərini deyil, Gürcüstanı seçmişdilər. Hansı ki, biz turizm ili edirdik. Gürcülər eləsələr maksimum çaxır minimum pivə ili edərlər. Ancaq onlara yaraşar bizdən fərqli.

Hər halda Bakurani otelləri olsun, evləri olsun, insanları olsun istərsə də, dükanlarda ki, qiymətləri olsun çox marağlı və əlverişlidir. Azərbaycanda qiymətlər düşmədikcə Bakuraniyə gələk qış turizm mövsümündə. Yayda da, marağlı olar.Çünki Biz Azərbaycanlıların ən yaxşı bacardığları məclisi ələ almağ və marağlı eləməkdir…

Etibar Salmanlı 27 may 011 Bakurani Prima Oteli…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma