Qısaca Gürcüstan…


Qısaca Gürcüstan…

Sərhəd keçid məntəqəsi:

Azərbaycan sərhədini keçib Gürcüstanın ərazinə daxil olanda  qarşına çıxan ilk mənzərələr əsasən sərhəd keçid məntəqəsinin ətrafındakı  lari manat dəyişən mini exchange- lə məşğul olan insanlardan ibarət olur.Azərbaycan və Gürcüstan exchange-ləri arasında azda olsa fərq var. Ancaq belə baxanda 1 azn bərabərdi 2 lari.

Heyvandarlıq məsələsi:

Gürcüstanda gözümə çarpan ilk məsələ isə az olan əhalinin əsasən heyvandarlıqla məşğul olması idi. Həddən artıq çox qoyun sürüləri yolların ətrafına səpələnmiş formada var. Sürülərin ucu bucağı görünmür. Hər 400 500 metrdən bir sürülər gözə çarpmıre girir.

Sürücü ilə söhbət edəndə Gürcüstanda qoyun və dana ətinin qiymətləri ilə maraqlananda isə qarşıma daha da, marağlı bir mənzərə çıxır. Sürücü qəti şəkildə deyir ki, qoyun əti ümumiyyətlə yemirlər. Yedikləri əsasən dana ətidir. Qiymətə gəldikdə isə Azərbaycanda olan qiymətlərə çox özüdə lap çox yaxındır qiymətlər.

Tiflis və Bakı:

Tiflisə ilk daxil olanda beynimə birinci o fikir gəldi ki, “Tiflis Bakının 10 il əvvəlki formasıdır.” Hər addımbaşı benzin doldurma məntəqələri var. Əsasən də, SOCAR-ın məntəqələri üstünlük təşkil edir. Yanımda oturan Bakı Ermənisi isə, mənə yolda gedəcəyi yerə dək, bələdçilik edir. “Azərbaycanlılar hər yanda monopoliyalar yaratmaq istəyirlər. Bütün Azərbaycanı monopoliyaya alıblar. İndi də, Gürcüstanın benzin doldurma məntəqələrini SOCAR öz monopoliyasına alıb. Öz məntəqələrindən əlavə digər benzin doldurma məntəqələrini də, SOCAR-dan benzin almağa onlarla hesablaşmağa məcbur ediblər. ”

Yola davam edirik və Tiflis hələ də, gözümdə nisbətən köhnə (qədim yox-a) və yorğun şəhər kimi görünür. Bakıda doğulmuş erməni Tiflisdə yaşayan həmsöhbətim isə yaşadığı şəhəri ciddi şəkildə tərifləyir. Köhnə Tiflisin küçələrindən keçərək Yeni Tiflisə daxil oluruq və artıq şəhərin necə də, gözəl olduğunun şahidi oluram. Şəhər həqiqətən qədimliklə müasirliyin vəhdətinin necə də, gözəl olacağını biz Azərbaycanlıların qarşısına sübut kimi qoyur. Fikrimi yanımdakı yoldaş pozur və deyir : “Sizin şəhəri(Bakı) söküb təzədən tikirlər. Pis günə qoyurlar tarixi abidələri. (Qız Qalasının ağardılması işlərindən xəbərsizdir.) Ancaq burda tarixi abidəyə hörmətsizlik eləməyə icazə yoxdur.”

Heydər Əliyev parkı və 3000 AZN-lik gül…

Səyahətimizi davam edərək Ümummilli Heydər Əliyev adına olan parka gəlib çıxırıq. Park gözəldir, səliqəlidir. Axı bizim park salmaq kimi qədim tarixi ənənələrimiz var. Ancaq parkda istirahət edən demək olar ki, yoxdur. Burda da, həmsöhbətim fikirlərimə müdaxilə edərək : “Bu parkda ən ucuz gül 3000 azn-dir. Ancaq nə xeyri ki, heç kim burda gəlib oturmur, dincəlmir, kitab oxumur…” deyir…

Qısası Tiflis yaşanası şəhərdir…

Və biz Tiflisdən keçib Bakuraniyə gedirik. Bakı Ermənisi Azərbaycanların çox yaşadığı(!!!) bir kənddə məni tərk edərək bələdçiliyini bitirir. Son nəfəsində qeyd edir ki, Görəcəkləriniz qabağdadır. Bakuranidə gözəl yerdir ancaq soyuqdur. Əyninizi qalın edin.

Etibar Salmanlı 26 may 011…

Qısaca Gürcüstan…” üçün bir cavab

  1. iqtidarin yurutduyu meqsedyonlu siyaset neticesini verir, artiq toplum daha cox movcud iqtidari deyil azerbaycan deyerken beyninde formalasan tesevvuru inkar edir. rehmetlik heyder eliyev azerbaycanli oldugu ucun fexr edirem deyirdi, en azindan dilinde olsa da. goresen bu boz gedeler ki var omrunde eline kitab almayib, necesi azeri(turk) olduguyla fexr edir? olkenin nefti qazi bitsin, amerika bir atom bombasiyla 8 milyonluq kutleni mehv edecek.
    turk_l@box.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma