Mərhumun ruhuna həsr edirəm…


Mərhumun ruhuna həsr olunur…

   Əslində bunu yazmağı sona saxlamışdım. Bu gün zaman və məkan bu yazıya imkan vermir. Ancaq asan yollardan evə getməkdənsə ya çətin yolu seçməli ya da ümumiyyətlə ənənəvi olan evə getməlidirlər. Yeni bir ev qurmalı, onun təməllərini özün atmalısan. Başqasının qurduğu ev sənin rahatlığını yüz faiz qarşılayacağına heç Allahın özü belə zəmanət vermir.

Amma barmağını qatlayıb özünə deyə bilərsən ki, sən heç bunu etmisənmi? Yox. Səhv dedim, sən bunu edə bilməzsən, sən bunu heç ağlıından keçirmisənmi? Sənin azca olan cəsarətin varsa bunu fikirləşərsən. Ani fikirləşmə olacaqsa olmamasını tövsiyyə edirəm. Sən ilk olaraq cəsarətlən, bunu fikirləş, sonra anarxist ol və fikrində olanı həyata keçir.

Heç kimi düşünmə, ana, ata və qohumları nəzərə alma, öz həyatını qur. O həyat sənindir, kimsə onu sənin yerinə seçə bilməz. Onlar həyatlarını quranda sən onlara hansısa şərtlər qoydunmu? Inanıram ki qoymamısan, heç sənin cəsarətin çatmazdı. Onlar həyatlarını quranda sən hansısa düzəlişlər verəsən.

Yox, sən bunu özünə təhqir kimi anlama. Bunlar sadəcə sənin üçün, sənin həyatının daha gözəl keçməsi üçündür. Sənin heç kimə borcun yoxdur. Anaya, ataya və yaxud digər qohumlara borcun yoxdur. Onların sənə borcu var.

   Sən azad olmalısan. Özün hansısa həyati qərarları özün verməsən səndən adam çıxmayacaq, yaşayacağın yeri də, yeyəcəyin, geyinəcəyin, hətta sevəcəyin insanı da sənin yerinə seçəcəklər. ən sonda sənin yatacağın qəbri də kimlərinsə qoyduğu qanunla tənzimləyəcəklər. EL FATİHA

                                                                       Etibarlı 21 may 011

Ps. Bu yazını mən Media Hüququ kursunda Elvin Zeynalovun dəftərinə yazmışdım. Və Könül Əhmədzadə sağ olsun bunu Wordə yazdı  və mənə ötürdü. Çox saq olsunlar ikisidə…

Mərhumun ruhuna həsr edirəm…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma