Şeyx Ahmed Mansur və Futbol Pulları…


Pulu olanların Futbola marağı haqqında hamının məlumatı var. Bir az pulu olan klubunu Çempionlar Liqasının qalibi kimi görmək istəyir. Burda Bir Az pul 8-10 milyar euro-dan gedir. Bir çox misal var. Məsələn Qəddafinin oğlu bir ara hətta İtaliya Seri A klublarının birində oynayırdı. Və Suriyada hansısa klubun prezidentiliyini də həyata keçirirdi. Sonra İraqın rəhmətlik prezidenti Səddam Hüseynin oğlu da, Beynəlxalq Olimpiya komitəsinin sədri həmdə İraq Futbol Federasiyasıları Assossasiyasının Prezidenti idi. İraq Futbolçuları Afrika Kubokunda məğlub olanda məşqçı və futbolçuları Mərkəzi Meydana yığıb şallaqladığı da, mətbuata sızan məlumatlardandır. Ancaq İraqda Səddam hakimiyyəti bitdikdən sonra İraq Futbol komandası Afrika kubokunun sahibi oldu. Səddamın oğlu görə bilmədi o, günü.  Sonra KXDR də maraqlı hadisələrlə zəngin olub. Sonuncu dünya çempionatında 0 qələbə ilə oynayan komanda rəhbərliyi ölkəyə qayıdandan sonra hamısını yığıb zəhmətkeşlərin qarşısında söyüb biabır ediblər. Ümummilli Diktator və ailəsinin bəzi üzvləri Braziliyadan 7 qol buraxan qapıçını təpiklərinin altına da salıblar. Səbəb o olub ki, sən 7 qol buraxmaqla ölkədə ki, sabitliyə ciddi ziyan vurmusan. Milli mentalitetə vurduğun zərbənin misli bərabəri yoxdur.

Bu cür misalların sayını artıra bilərik. Ancaq lazım deyil.

Şeyx Mansour

Şeyx Ahmed Mansur tanıyanlarda var onu tanımayanlarda. Tanıyanlara bir sözüm yox. Amma kimlər ki, tanımır onu özümə borc bilib bir az onun haqqında məlumat vermək istəyirəm. 

Şeyx Ahmed Mansur Abu Dhabi United Group-un sahiblərindən biri deyək ki, birincisidir. Pula konfet kağızı deyir. (bizim kimi) Neft maqnatı. Və Artıq neçə illərdir Mançester City-nin Ümummilli Prezidenti. Pul cəhətdən problemi yoxdur. Ürəyi kimi istəyir transfer edir. Son yay transfer pəncərəsində az qalmışdı ki, dünyanın bütün forvardlarını City of Mancester-ə gətirsin. Sözün düzü bacarana can qurban deməkdən bir sözüm yoxdur ona. İndi də, Cristiano Ronaldo-ya 180 milyon euro təklif edir. Hansı ki, Real Madrid-in Mansurdan geri qalmayan Prezidenti Florentino Peres 91 milyon euro-ya  transfer etmişdi Mançester Yunayted-dən. 2qat qiymətə almaq istəyir. Ancaq Mansurun pulu olsa da, hörməti yoxdur. O , vaxt Milandan Kaka-nı almaq istəyəndə də, Milanlıların Ümummilli prezidenti Silvio Berluskoni Kaka-nı Perezin Realına satmışdı.  Yəni ki, Pul çox şeydir amma hər şey deyil.

Berti Foqts...

Berti Foqts...Və Socar...

Bizim ölkədə də , futbol maqnatları var. Onlar haqqında çoxda yazmağa ehtiyac yoxdur. Çünki onları aləm tanıyır. Onlar məşhur adamdır. Mən bir Azərbaycanlı olaraq inanmazdım ki, nə vaxtsa Berti Foqts vəya digər tanınmış futbol mütəxəssisi bura ayaq basa bilər. Əslində indi onlar ayaq basmırlar. Azərbaycan neftinə və futboluna basırlar. Basmaqdan bezəndə çıxıb gedəcəklər. Bizə qalan isə basılmış neft və futbol. Düzdür şair yaxşı deyib ki, Pul çox olarsa basılmaz Vətən. Ancaq Vətənə basırlar göz görə görə. Mən inanıram ki, biz  ən yaxşısı hazırlaşaq basılmış ölkə idmanını basdırmaqa…

Etibar Salmanlı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma