Uzaqlar, sakitlik, siqaret… (c)Etibarlı


Ətrafındakı insanların əhatəsindən çıxıb əlini cibinə saldı. Qutudan bir siqaret çıxardı. Hava küləkli olsa da, siqaretini yandırdı keçib parkdakı bir skameykada oturdu. Vaxtı hiss eləmədi, əlinə keçən istiliyə fikir verəndə siqaretin bitdiyini gördü. Küldən növbəti siqareti yandırdı. O, indi bu siqaretdən fərqlənmirdi. Küllərindən yaranırdı. Siqaretlə oxşarlığı çox idi. Siqaret ziyanlı idi, oda ziyan verirdi. Siqaret ciyərlərə təsir edirdi, o isə ürəyinə. Hər ikisi xəbərdarlıq edilirdi ki, ziyanlıdır. Amma heç biri etdiklərindən əl çəkmirdilər. Qarışıq fikirlərlə ətrafdakı insanlara baxdı. Onun üçün sanki heçkimin mənası qalmamışdı. Ətrafında çox dostlar var idi. Günü maraqlı keçirdi. O, cəmiyyətdə öz adı ilə tanınırdı. Çox adam onun həyatına həsədlə baxırdı. Onun həyatını yaşamaq istəyirdilər. O, günlərini guya marağlı keçirirdi. Belə baxanda qırağdan baxanda həqiqətən də, marağlı günlər idi, evdə ancaq yatmağa gəlirdi, bəzən heç gəlmirdi. Dostları onun xətrini çox istəyir. Bütün günlərini dostların əhatəsində, tədbirlərdə, kafe – restoranlarda, otellərdə… O gülür. Hər sağlığa badəsini qaldırır. Deyilən sağlığa içir. Amma o,  özü öz ürəyində dediyi sağlığa içir əslində. Ətrafındakılar sevincə şərik olurlar. Ancaq bunlar hamısı sadəcə ətrafa mənfi enerjinin yayılmaması üçün süni gülüşdür. Süni hərəkətlərdir.  Fikri bir yanda qalıb ancaq. O, ancaq onu fikirləşir. Ayaqa durub hansısa bir problem haqqında danışırsa da, yazırsa da fikri bir tərəfdədir. Yatmağa gedəndə beynində ilk fikri odur. Yuxudan duranda eyni fikirlərlə durur. Hətta yuxuda eynidir. 

O, bunları fikirləşir əlini yenidən cibinə salıb siqaret çıxardır. Alışdırır. Sanki kimsə ona deyir ki, çəkmə də bu zəhrimarı ziyandır. Ətrafına baxdı heç kim yox idi, bunu deyəsi. Bu səs ya ürəyindən gəlirdi ya O, deyirdi. Siqareti zibil qabına atıb yol ilə getməyə başladı…Hara getdiyini bir özü bilirdi birdə O…

Bütün yolların O-na apardığını bilirdi…

Uzaqlara getmək istəyirdi Sakitliyi istəyirdi. Onu istəyirdi… 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma