Əxlaqın Din-ə nə dəxlisi?


Bu məsələ mənim üçün vacib məsələ deyil heç. Xoşlamadığım məsələlərlə bağlı oxumağı sevsəm də, yazmağı və danışmağı heç sevməmişəm. Bəzən isə bu sevgisizlik hisslərini tapdalamalı oluram. Bir yazı oxudum bu yaxınlarda. Heyif ki, o yazını indi tapıb bura ata bilmirəm. Amma yazı başdan ayaqa Din olmasa əxlaqsızlıq çox olar. İnkişaf edər əxlaqsızlıq. Din-dir məhz əxlaqı qoruyan. Əslinə baxanda Din qoruyur amma nəyi kimi qoruyur bilinmir. Din-i dəstəkləyən insanlarda səmimiyyət çatışmamazlıqı hiss edirəm mən. Ciddidirlər amma səmimi deyillər. Bir yanda bir cürdürlər. O biri yanda isə başqa cürdürlər. Bir yanda yüksək mənəviyyatdan danışırlar . Amma evlərində qadınlarına qul kimi rəftar edirlər. Hardan bilirsən sualını fikirləşsən dindarın 6 yaşlı qız uşaqına bax. Az qala baxçaya da hicab yada çadra ilə yollayırlar uşaqı. Uşaq öz uşaqlıqını yaşamadan bədbəxt olur. Adi bu misala baxıb zəhləm gedir o tip mövhumatçılardan. Əxlaq qoruyurlar öz aləmlərində. Məscidlərdə xütbə oxuyurlar. Yadıma düşəndə məndə gedim oxuyum). Özlərini Din-in İslamın qoruyucuları adlandırıb Tərki dünya olurlar.  Bu yerdə deyirlər dur getdə burdan.)

Əxlaqın Dinə dəxlisini mənə aylarla anlatsalar anlamaram. Məsələ mənim anlamaq qabiliyyətimin zəif olması deyil. Sadəcə olaraq bunun heç bir izahı, misalı yoxdur. Əxlaq insanın daxilindən gəlir bunun Din-ə dəxlisi yoxdur. Əxlaqsız, tərbiyəsiz o qədər din-i dar var ki. O qədər, səhər məsciddə namaz qılan axşam toyaxşamında qumar oynayan molla görmüşəm ki. Məscidlərin axundun cibindən heroin çıxdığı da yadımdadır. Onun cibinə qoyub tapmamışdılar. Axund həqiqətən də, alış veriş və istifadəsi ilə məşğul idi.

Din dedikdə mənim ağlıma ancaq Daxili İşlər Nazirliyi gəlir. Başqa bir zad gəlmir. Bizə Din lazımdır? Mənim cavabım lazım deyil. Nə Din nə dəki, DİN…

Biri deyəcək ki, meşə çaqqalsız olmaz. Mən amma heç meşə görmürəm buralarda. Gördüyüm ancaq çaqqaldır. Düzdür indi çaqqal qalmayıb hamısı İT-dir…

Əxlaqın Din-ə nə dəxlisi?” üçün 5 cavab

  1. Kef ele teki adamin ureyi temiz olsun! Bir de ki, apalar deyib Lotunun axiri molla olar. Br gun seni yasda palatkanin yuxari bashinda plov soken gorsem deyecem ki, cemaet,ay uzaqdan yaxindan gelib bu molla Etibara pul erenler mashennikdi bu ozu de allahsuzdu ! Onda butun paletgedekiler sokecek ee seni 🙂 Amma seni bir gun yolum dusende gerek NArdarana aparim orda Imam Huseyn meydanida bir iki hay kuy seni dash qalaq eletdirim. Hem camaatin cani qurtarar hem Nardaranlilar cihad etmish olarlar hem de ki, YAP meni chagirib vezife verer hami razi :)))

  2. Birincisi onu deyim ki ay etibar qaqaş sənin işin gücün yoxdu? Oturmusan evdə bekarçılıqdan boş-boş məqalələr yazırsan? Dünyada 7 mlyard insan var bunların ən azı yarısı hər ahnsı şəkildə bir tanrıya inanıb ona itaət edir bunların içərisindən bir sən ağıllısan da?
    necəyəni dinlə əxlaqın nə əlaqəsi, o əlaqəsi ki sənin kimi dinsizlər təbii ki əxlaqdan uzaq olur..
    Qaldı ki qızlarımı orası-burası açıq metroya ötürməkdənsə başı bağlı universitetə göndərərəm ondan yaxşıdı..Sən guya blog açmısan burda məni əsəbiləşdirirsən..Sənə məsləhətim odu get biraz kitab zad oxu gelərsən muzakire eliyerik..neyse şerh yazmağa axodum yoxdu senin kimiler onsuzda doludu bu olkede..Milletin inancina lağ eləmə..

  3. etibar problem ordadir ki, sen exlaq sozunu meishetde ishledilen anlamda ishledirsen. cavidin yadigini oxumamisham, ama bele anladim ki, o exlaqi davranish qaydalri anlaminda, yani bir nov huquq anlaminda ishledib. meselen, yasda “bashin sagolsun”, toyda “gozun aydin” demek exlaqdir. yani namus qeyrete dexli olmayan davranish qaydalri toplusudur exlaq. ele qaydalar ki, bunlari cemiyyet ozu qurashdirir, yazilmir, icra edilmemesine gore x\ceza adeten ictimai qinaq olur

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma