Blogging və biz…


Son günlər artıq blog, blogger məsələsi beynimə və əsəblərimə toxunur. Eyni tip söhbətləri hər yanda görürəm. Facebook-dan tutmuş polis bölməsinədək hara gedirəm, harda oluram blog,blogging və blogger məsələsi ilə rastlaşıram. Ardıcıl mübahisə predmetləri əsasən boş boş mövzularda olur Facebookda. Bölmədə isə əsasən Bölmə rəislərinin artıq bizim sayəmizdə kompyuterin ancaq oyun oynamaq üçün bir vasitə olmadığı, internetin isə ancaq porno saytlara baxmaq olmadığını anladığını qətiyyətlə bildirmək olar. Amma yenə də, problemlər var. Əsas problemlər isə həll olunmaz deyil. Sadəcə bir az hər kəs səmimi olmalıdır. Əslində blog ürəyindən keçəni yazı halına salıb paylaşmaq üçündür. Bir növ gündəlik. O vaxt gündəliyi dəftərə yazıblar. Bunu 100% bilirəm hər nəqədər şəxsi yazılsa da, onu yazanın qəlbindən keçib yazdığını kiməsə, kimlərəsə oxumaq. Deməsə də, qəlbində o hisslər olub. İndi ki, blog platformaları ona imkan verir. Yaz ki, oxusunlar. Oxumayan hər zaman oxuyandan çox olub. Ona görə oxunub oxunmamaq elədə böyük problem deyil. Mütləq oxuyan tapılacaq.

Bu yaxınlarda bloggerlərdən biri hansısa bir yazıma şərh yazmışdı. Şərhə bir xeylam güldüm. Əsas tənqid edirdi ki, niyə mən qeyri ciddi, qeyri səmimi və əsasda şou biznes xarakterli yazılar yazıram? Bir az düşündüm fikirləşdim belə bir qərara gəldim ki, öz fikridir hörmətlə yanaşmaq lazımdır. Sonra bir daha bu fikrini amma daha ağır formada bildirdi. Ondada belə qərara gəldim ki, uşağdır yəqin təzə öyrənib şərh yazmağı.) Səhəri gün isə daha bir nəfər mənə yazdı və günahlandırdı ki, publikaya hesablanmış addımlar atıram. Ona da bir söz demədim . Nə deyim axı anlamıram fikirlərini. Yazmaq xatirinə yazırlar sadəcə olaraq. Ona görə əsasən buna sevinirəm ki, mübahisə mədəniyyətimiz formalaşır…))) Sözün düzü hələ loading (yüklənmə) gedir.

Son bir iki cümlə də AzBlog.Org saytı barədə yazmaq istərdim. AzBlog.Org saytı 1ay deyil AzNetdə öz yerini alıb. Ancaq belə sürətlə inkişaf eləyəcəyini heç biz özümüz hesablaya bilməmişdik. Facebook və Twitter paylaşımlarla sayt Azərbaycan Blog sistemində 20-21 günə özünə yer tutdu. İndi daha da , yüksəklərə qalxmaq kimi fikirlərlə yaşayır. Və bunu hərgün daha real görürü ki, saytın missiyası çoxşaxəlidir. Hər halda məncə Azərbaycan Blog Sisteminə və yaxud Şəbəkəsinə yeni nəfəs gətirib…Bu nəfəs Azərbaycan Blog Şəbəkəsinə lazım idi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma