Gürcü çaxırı və demokratiya


Çaxır dedikdə ağlıma gələn ilk fikir Gürcüstan olur. Gürcüstan dedikdə ağlıma gələn əsas fikirlərdən biri Demokratiya olur. Dövlətçilik ağlıma gəlir. Normal həyat ağlıma gəlir.

Sözün düzü mən Gürcüstana qanuni yolla getməmişəm. Bir dəfə olmuşam orda. Gürcüstanın Azərbaycana  yaxın kəndlərindən birində olmuşam. Sənədim olmadığımdan bizim sərhədçilərin o biri sərhədçilərlə “razılaşmalarından” sonra keçmişdim qonşu ölkəyə.

Gürcüstan maraqlı ölkədir, rahatdır çox şey. Qonaqpərvərdirlər, o yan bu yan çox yazmaq olar, bla bla bla olar. Lazım deyil.

Qayıdıram Gürcü çaxırına…

Bu Gürcü çaxırında nəisə bir başqa şey var. Onu içəndə adamın bədəninə ruhuna bir Azadlıq daxil olur. Mən bunu artıq neçənci dəfədir müşahidə edirəm. Müşahidələrimdən də çox yazmaq fikrim yoxdur.

Bir dəfə Taleh Məmmədovun iş yoldaşı bizim üçün Gürcü çaxırı gətirmişdi. Xilə çayxanasında oturub Ərəb Dəvəsinin ətindən qutabla Gürcü çaxırını nuş elemişdik. Ərəb dəvəsinin qutabı və Gürcüstanın Çaxırı bizə imkan vermişdi İlham və Pərisi haqqında olduqca maraqlı tənqidi fikirlər yaradaq beynimizdə. Sonradan da, fikirlərimizi sözə, cümləyə çevirmişdik. Ancaq o çaxırı biz, Hüseyn Məmmədov və Taleh Məmmədovla yox eləmişdik.

Sonuncu dəfə isə bu gecə El Toro da yenə Gürcü çaxırı bizim hüzumuza gəldi. Türkel Rüstəmxanlı verdi güllə qabağına 2 litr çaxırı. Heç demokratik addım deyildi. O, yazıq çaxır bizim qarşımızda NİDA çıların qarşısında boynunu büküb sual kimi durmuşdu. Bizdə çox əziyyət vermədik içdik getdi… Çox müzakirələr oldu, çox qəribə ideyalar müzakirələr edildi. Ancaq həvəsim yoxdur müzakirələri bura yazım. Heç çoxuna da, lazım deyil sözün düzü. 2 cümlə yazacaqam orda olan fikirlərdən.

1.  Allah menim omrumden kesib Rodion Raskolnikov, Kaktus Cavadova, Turkel Rustemxanli ve Emil Bağırov un omrune calasin…)))

2. Ata Abdullayevden sonra adam “ata” olmaga da utanir. Odur ki men ya papa olacam, ya da dede. :)))

Onun üçün hamını Gürcü Çaxırı içməyə dəvət edirəm…

Ps. İçək…Gözəlləşək…Demokratlaşaq…Çünki çoxusu içəndən sonra düz danışmağa başlayır…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma