Sakitlikdən xoşum gəlmir


Heç xoşum gəlmir sakitlikdən. Sakitlik məni hər zaman uzaqlara aparır. Uzaqlar məni darıxdırır. Darıxanda mənim beynimə minlərlə fikirlər gəlir. Fikirlərə gələndə özümə nifrət eləməyə başlayıram. Özümə nifrət eləməyə başlayanda həyat gözümdə maraqsızlaşır. Həyat gözümdə maraqsızlaşanda çox maraqsız yazılar yazıram beynimdə. Beynimdə minlərlə söz bir birinə qatışır o an. O an çox qəribə vəziyyətə düşürəm. Çox qəribə vəziyyətə düşəndə məni heç kim tanımır. Tanımayanda məni heç kim lap pis oluram. Lap pis olanda qəribədir ki, özümdə özümü tanımıram. Özümü tanımayanda isə getmək istəyirəm buralardan. Buralardan getmək imkanlarımdan istifadə eləmədiyimə görə əsəbiləşirəm özümə. Ancaq peşman olmuram. Mən hansısa elədiyim hərəkətə görə indiyədək peşman olmamışam. Peşmanlığa zəiflik kimi baxıram mən. Edilən hər hərəkət insanın öz şəxsi qərarıdır. Öz şəxsi qərarına görə peşman olanda artıq özün özünün səhv olduğunu anlayırsan. Bu heçdə yaxşı haldır deyə bilmərəm. Bəlkə də, yaxşıdır kim üçünsə amma mənə maraqlı deyil o tip insanlar. Sözünü dedin bitdi məsələ. Yolun geri dönüşü yoxdur. Geri dönürsənsə nəsə ortada NƏİSƏ var. O NƏİSƏ-lər qəliz məsələdir. Qəliz məsələlərin həlli də qəliz olur. Ona qərari bir dəfə verib sonadək dəstəkləməyin tərəfdarıyam. Dəstəkləməyəndə sakitlik olur. Məndə yazımda başlayanda dedim axı ki, xoşum gəlmir sakitlikdən…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma