Sonanın uşaqları…IV(c)Etibar


Sonanın uşaqları.

Kimdir axı bunlar?

Harda yaşayırlar? Nə işlə məğuldurlar bunlar? Bu dəqiqə nə işlə məşğuldurlar? Harda tapa bilərik bunları biz ?

Bu tip bir çox sual ilə rastlaşdım mən.

Hamı məndən onları soruşdu.

Niyə bu məsələni aktuallaşdırdın deyənlər oldu. Başa salmağa heç cəhd eləmədim .

İndi, bir iki cümlə yazmağa vaxtım və həvəsim var.

Sonanın uşaqları, Sonanın Yetimləri, Sonanın qırılmışları əslində mifik obrazlardır. Bəlkə də, onlar heç yoxdurlar. Bəlkə də, tarixin hansısa tozlu səhifəsində qalıblar. Bəlkə folklor nümayəndələridirlər. Bu cür fikirlərlə özümüzü yormayaq. Əsas odur ki, belə bir insan topluluğu öz imzalarını qoyublar Azərbaycana. Bakı kəndlərində tanınmış obrazlardır.  Ailələrin bu obrazlardan çox böyük çəkinməsi var. Əslinə qalanda mən heç özümdə anlamıram ki, niyə yapışmışam bu mövzudan. 2 həftədən bir qayıdıram bu mövzuya. Yazıram, yazıram axırı olmayan bir yolda olduğu kimi. Əslində bu məsələni bağlamışdım. Amma bəzi adamların münasibətini görüb yazmamağ fikrinin üstündən xətt çəkdim.

Özü heçnə etmir. Özünü dahi sanır. Özünü dəhşətli biri sanır. Özündən başqası olmadığını özünə inandırır. Kimsə də, nəsə bir iş görəndə başlayır tənqidə. Əslinə qalanda tənqid yaxşı zaddır. Rəqabət mühiti olanda inkişaf da danılmazdır. Bu belə deyil amma. Tənqidin dozası artıqca artıq bu təhqirə keçir. Bu iş artıq əks tərəfin də, əsəblərinə toxunur. Əsəblərə toxunduqca cavablar kəskinləşir. Heç kim heç kimin fikrinə hörmətlə yanaşmır. Bu halda təhqirlər sonra davaya keçir. Və insanlar bir birinə əcdadlarının elə Sonanın uşaqları olduğunu sübut edirlər. Çünki mən belə nəticəyə gəlmişəm ki, onların yeri ya qəbirdir, ya həbsxana. Və bir çox ikili mübahisənın sonu məhz dediyim o iki yol ilə bitir.

Ona görə də, bəşəriyyət, insanlıq olduqca Sonanın uşaqları var olacaq…

Yadımdan çıxmışdı yuxarıda ki, fotoya görə Fuad Haciyev – ə təşəkkürümü bildirirəm.

Ps. Son zamanlar bloga az yazı qoymağımın əsas səbəbi AzBlog.Org saytına diqqətimi yönəltməyimdir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma