Mənim Videom…(c) Etibar


Mən Hələlədə Videosuzam...

Utanıram. Utandığımdan yerin dibinə girmişəm. Utandığımdan irəliyə gedə bilmirəm. Utandığımdan geriyə gedirəm ancaq.

Ala yekə kişisiz bizi niyə çəkmirsiz videoya? Niyə bizi Pider Tv, PazTv, Ananas Tv-də göstərmirsiz? Niyə bizimlə fəxr eləmirsiz? Niyə Xəbərlərdə problemlər qala – qala bizi göstərmirsiz?

Bu fikirlər məni gecə və gündüz rahat buraxmır. Elə hey fikirləşirəm. Video montaj stolu yuxuma girir. Ssenari yazıram. Rolları bölüşdürürəm. Monoloqlar yazıram. Güzgü qarşısında məşqlər edirəm.

Metrolara qoyulmuş kameraları görəndə mütləq əl edirəm ki, baxanların yadına düşsün ki, istedadlar pas tutur. Şeyləri qalıb əllərində…Ssenariləri…

Gəlin çəkində…Camaatın anası, bacısı var. Onlar da istəyirlər axı videolara baxmağı. Beziblər yol, körpü açılışına baxmaqdan. İyrəniblər. Qırmızı lent görən kimi unitazı qucaqlayırlar.

Bizə baxmaq istəyirlər. Bizim də bığımız var…Hətta saqqalımızda…Deməli qırmızı lenti kəsəndən əksiy oğlan deyilik…Ona görə gəlin bizi çəkin…Bizimdə Videomuz olsun. 

Ps. Qalstukum da var məktəb vaxtından qalma… Onuda geyinərəm lap videoda yaxşı görünmək üçün…

Etibar Salmanlı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma