Yolumuz birdir?! (c)Etibar


Yol Həyat mənbəyidir.

Yol Mədəniyyətdir.

Yol Müqəddəsdir.

Yol Problemdir ona dəyər vermədikdə.

Yol bütün Probləmlərin həllidir.

Hər bir məsələnin həlli Yoldan keçir.

Əgər sənin hansısa bir problemin varsa yola çıx.

Yolda çoxunu görərsən. Dostunuda, tanışınıda, illərlə görmədiyin qohumuda, ziyalınıda hansısa yolda yatan birini də.

Çoxunun çörəyi yoldan çıxır.

Məsələn:

Yol Polisi Yol olmasa ac qalar. (onsuzda ac-dır.)

Yollarda çoxunun gözü var. Çoxu Yollara baxır…Gözləri yollarda olanlar var. Özləri Yollarda olanlar var.

Yol Mənimdir. Yol Sənindir. Yol Hamımızındır. Yol Xalqındır.

Xalq öz yolunu özü seçir. Öz seçdiyi Yol ilə gedir.

O, Yolu özü seçməsə, o Yola zorla yönləndirilsə mütləq bir gün o Yoldan imtina edəcək.

İmtina əgər qanla, əzabla, əziyyətlə olsada o öz Yolu üçün qanından keçəcək. Yolu uğrunda mübarizə aparacaq. Öz Yoluna öz Şərəfli Yoluna, öz İnkişaf Yoluna çıxana qədər mübarizədən vax keçməyəcək. Yolu uğrunda Ölümü gözə alacaq…Bayaq dediyim kimi…Yol Müqəddəsdir. Ya Müqəddəs bir Yol uğrunda həlak olaraq , sonra gələnlərə işıqlı bir Yol qoyacaq. Yada hamı kimi manqurt kimi, zombi kimi paytaxt yada bölgə sakini olacaq.

Ona görə Yolunuzu seçmək vaxtıdır. Ya Şərəfli bir Yol…Yada illərdir davam edən şərəfsiz bir həyat və sonda şərəfsiz bir ölüm…

Etibar Salmanlı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma