Cabbarın Ailəsi…(c)Etibar


Cabbar Savalanlı haqsız yerə həbsdə olan Azərbaycanın intelektual gənclərindən biri. Neçə aydır ki, artıq həbsdədir. Narkomaniyayla mübarizənin fonunda həbs ediblər Cabbarı. Əslində elədikləri ilə özlərinə böyük bir nifrət yaradıblar gənclərdə. Gənclər hamısı daha da, xaş-xaşa , tiryəkə, eroinə nisbətən varlı gənclər isə kokainə dadanıb.

Yolumuzu Cabbargildən salmışdıq. Ailəsinə baş çəkmək, onları, Cabbarı gənclərin unutmadığını, hər zaman yanlarında olduğunu göstərmək üçün. Şəxsən mən çox istəyirdim Cabbarın anası ilə, qardaşı ilə tanış olmaq. Onlarla söhbət eləmək istəyirdim. Bunu elədim. Cabbargilin qonaq otağına daxil olduq. Orda gözümüzə sataşan ilk şey Cabbarın qardaşı Yaminin dərs kitabları oldu. Özü sınağdan gəlib testləri nəzərdən keçirdirdi. Oturduq çox söhbət elədik. Sumqayıtdan 2aprel mitinqinin necə göründüyünü bizə anlatdı. Cabbarın anası müstəntiqin onlara qarşı elədiklərini, oğlunu 2 aydır ona göstərmədiklərindən danışdı. O, artıq dövlətə inanmadığını və oğlu ilə görüş təşkil edilsə də, getməyəcəyini dedi. Cabbarın son zamanlar sanki tutulacağını, şərlənib həbs ediləcəyini də hiss etdiyini də, bizimlə paylaşdı. Ən əsas məsələlərdən biri o, oldu ki, Cabbarın qardaşından kurtkamı gətirməyi xahiş elədim. Kurtkamdan siqaret götürüb bayırda siqaret çəkəndə Yaminlə qısa bir dialoqumuz oldu. Məndən Cəbhəçi olduğumu soruşdu. Mən isə Cəbhəni yox N!DA Vətəndaş Hərəkatını və bütünlüklə Azad Fikirli gəncləri təmsil elədiyimi deyəndə, mənə çox ağır bir cavab verdi. Gənclik siqaret çəkməz! Fikiləşdim ki, qardaşı narkoman olan biri bu cavabı verə bilməz.

Bir qeydi nəzərinizə çatdırım ki, Cabbarın ifasında bir sıra şeirlər var ki, heç kim yada çox az adam eşidib. Bir çox şeiri səsləndirib və telefonun yaddaşına yazıb. Yaxın günlərdə Cabbarın blogunda , Youtubda, Facebook səhifəsində və qruplarda paylaşacayıq…

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma