Soyqırım…(c)Etibar


Ani olaraq yadıma düşdü bu gün soyqırım günüdür. Facebookda statuslarda, Twitterdə twitlərdə, retwitlərdə, bloglarda, qazetlərdə, telekanalizasiyalarda hər yanda priotet mövzu budur! Min doqquz yüz çoxdanıncı ildə gəliblər, qırıblar, türklər əks hücum edib, kömək ediblər, qoymayıblar çox qırılaq. Hə nə olsun? Sonrası? 1gün kədərli notlara köklənəndə nə olur ki? Bərk vətənpərvər oluruq? Qıraqdan baxanlar əl çalırlar ura , ura deyirlər axırı nə olur ki?

İkinci məsələ soyqırımdırsa, burda başqa söhbətlər var. Əslində soyqırım günün bu günü də, davam edir. Bütün ağıllı gəncləri tutub basırlar təcridxanaya. Təcrid edirlər. Və islah edirlər. Ən yaxşısı aparırlar bölməyə. 3saat analoqu olmayan inkişaf dan yüksələn templə danışırlar. Xəzərin üstündən çəkiləcək Bayıl – Əhmədli körpüsündən başlayıb, qutarırlar Kənd Təssərüffatının yumurta məsələsindən. Buda olur İslah. Kim ağıllıdır Binəqədiyə, kim tormozdur irəliyə…

Üçüncü məsələ isə, mən hər zaman ki, kimi səhər yuxudan duracaqam bir stakan çay içəcəyəm. Qulaqcıqları (heç xoşum gəlmir bu sözdən )qulağıma salacağam gedəcəyəm işlərimin dalıyca. 365 günün adi bir günüdür 31 Mart. Mart ayının son günüdür…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma