Əslində bu mövzuya toxunmaq fikrim yox idi. Eyni tipli yazılardan uzaq olmağa çalışıram hər zaman. Amma son günlərdə ki, bir sıra məsələlər azda olsa fikir bildirməyə ehtiyac yaratdı məndə. Biz (bu biz sözü əsl məna da mücərrəddir) deyirik, danışırıq ki, inkişaf edir Bloggerlik. Əslinə baxanda inkişaf edir. Blogger jurnalist deyən kimi, o dəqiqə kulinariya haqda yazan blogger jurnalistdir? – sualı ilə rastlaşırsan . Bunu da anlamaq olar. İkinci məsələ kimi, blogdan pul necə qazanım sualını verirlər. Sən yazırsansa sonunda nəsə bir xeyri deyəcək sənə. Əla, super blogger normal jurnalist ilə eyni səviyyədədir. Ona görə Blog yazmaq vacib bir işdir. Son bir məsələni də qeyd edim ki, özünü dəhşətli bir iki nəfər tanıyıram ki, sanki bunların yazı az yazmasında, yada az ziyarət edilməsində mən səbəbkaram. Bir az maraqlı olmağa çalışaq…Mən əlimdən gələn köməyi hamıya edirəm…Bir az sizdə edin …
yaxsi oglanin hem nolyeddisi olmalidi hem de bloqu