Yaşasın Azərbaycan…(c)Etibar


Yaşasın Azərbaycan.

Azərbaycanən inkişafından hamı danışır. Ölkə prezidenti deyir ki, hərbir sahədə inkişaf edirik. Analoqu olmayan inkişaf tempimiz var. Regionun ən bərkgedən ölkəsiyik. Bütün region gic olub ki, bu ölkə niyə xod gedir. Ölkəmizə turistlər gəlir. Hamı bizdən razıdır. Bizim özümüzdən başqa hamı bizim inkişafımızı görür. Ölkədə maaş ve pensiyalar çox yüksəkdir. Xalq birdir. Xalq sevinir. Xalq hətta indidən balaca uumumilli nəvənin siyasi iqtisadi kursunu dəstəkləyir. Babası ağlatdı. Atası ağladır. O, isə bizi güldürəcək. Xalq o qədər, pis günə düşəcək ki, babasına, atasına rəhmət oxuyacaq. Bir xırda qeydi yadınıza salım ki, gənclər arasında ateizm, deizm böyük sürətlə yayılır. Yəni ki, atasına, babasına rəhmət oxuyan olmayacaq bu sürətlə. Qəbrinə tüpürəcək vəziyyətə gedirik.

Bu gün Oteldə bir tədbirdə idik. (tədbirimiz hələ davam edir, görəcəklərimiz qabağdadır.) İranlılar, güneylilər qonağdılar həmçin bu oteldə dincəlirlər. Gün ərzində onları görməsək də, tədbirdən sonra boş vaxtlarımızda, yeməkdə və əyləncə anlarında onları görürük. Onların içkiyə, əyləncəyə necədə həvəskar olduğunu görməmək üçün kor olmaz lazımdır. Qadınları bizim qadınlardan çox fərqli geyinir, həddən artıq kosmetikadan istifadə edir, və bir növ musiqidə oynamağa hazırdılar. Və bütün mentalitet və digər saxta ünsürlərdən uzaq olurlar. Onlar üçün Azərbaycan çox “AZAD” bir ölkədir. Onlar üçün Azərbaycanda hər bir şey yaxşıdır. Onlar İrandan gəlirlər. Onlar Molla rejimi kimi oğraş bir rejimin hakimiyyəti altında yaşayırlar. Müəyyən bir vaxt götürüb bura gəlirlər. Burda görmək istədiklərini görürlər. Gördükləri bu qədərdir. Onlar işin ancaq xarici tərəfini görürlər. Onlar Azərbaycan daxili problemlərini görmürlər. Onlar bilmirlər ki, Azərbaycan iri addımlarla onların yaşadığı rejimdən daha da, əclaf rejimə doğru irəliləyir.

Siz əgər bu gün etirazınızı dilə gətirməsəz sabah peşman olacaqsız. Sabah sizdə Türkiyəyə, Gürcüstana gedəcəksiz. İstədiklərinizi qısa bir müddətdə olsun görmək üçün.

Mən özünü misal verirəm Azərbaycandakı bu söz azadlığını, şəxsi azadlığı boğan bu rejimdən narazıyam. Heçnəyə, heçkimə eləmədiyim qədər nifrət edirəm bu yaşayışa. Var gücümlə mübarizə aparıram. Və Azərbaycan İslama, İslami Dövlətə doğru gedirsə mən bu Azərbaycana tüpürüb çıxıb ölkədən gedərəm. Çünki onsuzda bu ölkədə yaşamağ mümkünsüzləşir və hansısa ağılsız mollaların bu ölkədə söz sahibi olsa göydən atılacaq raketləri dəstəkləyəcəm…

Amma inanıram ki, Azərbaycanda buna imkan verməyəcəyik. İndiki vəziyyəti də dəyişəcəyik. Azad, demokratik mühitdə yaşayacayıq…Hansısa kitabı müqəddəs saymayacayıq. Müqəddəs olan insanlardır. İnsan Haqlarıdır…

Möhkəm olmaq lazımdır…Çünki Gəlirik…

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma