Məsələlərə baxış bucağı…(c)Etibar


Beynimdə neçə gündür bir – iki məsələ özünə həddən artıq yer ayırıb. Ən əsası odur ki, bizim xalqın nümayəndələri həddən artıq özlərindən razı şəkildə görünürlər. Hər kəs öz kitabını oxuyur. Hər kəs öz fikrinin ucundan tutaraq ucuzluqa gedir. Heç kim bir – birinin fikrini eşitmək istəmir. Buda sonda indiki vəziyyətə gətirib çıxardır. Mövzu qıtlığı yaranır. Bozluq yaranır. Hamı eyni mövzudan yazır. Buna heç kim pis deyə bilməz. Amma hamı eyni şeydən və eyni rakursdan yazırsa burda artıq problem yaranır. İndi dəbdə olan 3-4 mövzu var. Haml bütün qüvvəsini səfərbər edərək, bu mövzulara aid fikir bildirir. Yazılar yazılır, şərhlər edilir. Reklamlar gedir. Amma qırağdan baxıb qiymət vermək istəyəndə də, eyniliyi görüb həvəsdən düşür insan. Hamının çox istifadə elədiyi mövzuları bir az qruplaşdırmaq fikrinə düşdüm ani olaraq.

Birinci söhbət Qəddafinin xalqa qarşı elədiyi hücum və sonrasında NATO və digər ölkələrin Liviyaya Hava zərbələri endirməsidir. Hamı bu məsələdən danışır. Dəstəkləyən və dəstəkləməyən koalisiyalar yaranır. Qəddafinin snayperləri adi sivilləri öldürəndə səsini çıxartmayanlar, indi NATO zərbələri zaman ölən sivillər üçün az qala müharibə edirlər. Hətta bu günlərdə Zahid Oruc-da bu məsələyə şərh verərək indiki hücuma Azərbaycan ordusunun qoşulmasını qeyri etik saydığını bildirib. Fikrinin sonunda qeyd edib ki, Qoy NATO nə istəyir eləsin söhbətin axırında biz gedib sülhməramlı olaraq. Birdənə Liviya qalmışdı barmaq eləmədiyimiz ora da gedib nəsə edərik.

İkinci söhbət yumurtadır. Analoqu olmayan inkişafın fonunda Ümummili Liderimizin oğlunun yumurtanın qiymətini salması gündəmə bomba kimi düşdü. Xalq ondan nəsə maraqlı bir addım gözləyirdi. Məsələn Gəncəyə sürət qatarı lahiyəsi, Xəzərin üzərindən körpü tikdirmək, Bakıda dünyanın ən böyük Fontanı və digər bu tip planlar. Amma o yumurtanın qiymətini salaraq özünü Azərbaycan tarıxınə qızılı hərflərlə yenidən yazdı. Millət mitinqlərdə yumurta qışqırdı, yumurta aksiyaları keçirildi. Adama bir yumurta yeyək tipli tədbirlər keçirildi. Hətta ölkənin regionlarında Ən iri yumurta və Ən yaxşı qayğanaq bişirən adlı yarışmalar keçirildi.

Üçüncü söhbət isə, axır vaxtlar fəallaşmış DİN-i dar-lardır. Bu fəallaşmaya mən qırağdan gülərək baxıram. Özlərinə humanist deyən bunlar, tənqidə tamamilə dözümsüz vəziyyətdədirlər. Sözün düzü anlayışı bunlar üçün tamamilə qeyri real bir ünsürdür. Çox humanistdirlər, qana qarşıdırlar. Bunlar elm və biliyə  düşmən kəsilmiş vəziyyətdədirlər. Bu yaxınlarda Azad Fikir Universitetində Fəlsəfəşünas Ağalar Məmmədova qarşı edilən hörmətsizlik gözümdə az olan hörməti sıfıra endirdi…Onlar elədikləri hörmətsizliyi Ağalar Məmmədova deyil, özlərinə elədilər. Çox suni görsənir son zamanlar bu dini inancları. Azərbaycan İslam Dövləti deyil yadlarına salım bu insanların. Heç qoymarıq da, olsun.

Bu cür davam edərək yazını sonsuz sayda uzatmaq mümkündür sadəcə eynilik və təkrardən çəkinirəm. Əsas yazmaq uzunçuluq eləmək yox, məsələlərə bir həll yolu tapmaqdır. Buda son zamanlar Azərbaycan mühitində qlobal bir probləmə çevrilib. Qeyd edək ki, ancaq biz bu məsələdən çıxmaq üçün vuruşuruq bu özü çox gözəl bir haldır. Bir birimizə kömək eləmək istəyirik. Ən azından cəhd edirik. Cəhdlərin sonda bir nəticə verəcəyinə ümidim sonsuzdur…

Məsələlərə baxış bucağı…(c)Etibar” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma