Bəxtiyarın Gəncə-si…(c)Etibar


Gəncəyə səfər elədik. Heyətimiz də kiçik bir heyət deyildi. İntelektual şəxslərdən ibarət bir qrup aktiv insanlarla Gəncəyə getdik.N!DA Vətəndaş Hərəkatından Zaur Qurbanlı, Hüseyn Məmmədov, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və üzvü Elnur Məcidli, Azadlıq qazetindən Ramin Deko, Turan – dan Etimad Budaqov, Bəxtiyar Haciyevin yaxın dostu Rail Abbasov, Seyidəkbər Əsgərov, vəs. Bəxtiyar Hacıyevin ailəsini ziyarət elədik. Hal – hazırda həbsdə olan gənc aktivistin ailəsinə mənəvi dəstəyimizi bildirdik. Bizi orda Gəncədəki aktivistlərdə qarşıladı. Sonra Bəxtiyarla qanunla tənzimlənmış şəkildə görüş tələb etdik məhkəmədən. Onlarda bizə Prokurorluğa getməyi məsləhət gördülər. Bizdə onu edirdik ki, Gəncə Polisi “qonaqpərvərlik”lərini nümayiş etdirərək bizi Polis Şöbəsinə dəvət elədilər. İbrahim Tatlisəs abimizə oxşayan polis rəisi əvvəlcə yuxarıdan gedirdi, sonra isə yəqin ki, yuxarıdan gələn tapşırıqa əsasən hətta bizə kabab yeməyə, araq içməyə də, dəvət elədi. Gecə Gəncədə qalmaq üçün otel, çimib, rahatlanmaq üçün saunada təşkil eləmək istəyirdi. Çox maraqlı Polis Rəisi idi. Onunla sağollaşandan sonra isə hətta bizi qorumaq üçün nümayəndəsini arxamızca da yollamışdı. Biz Gəncədən çox gözəl təəsüratlarla yanaşı çox kədərli fikirlərlə də, qayıtdıq Bakıya. Ancaq Gəncə Bəxtiyarı həbsxanasında saxlayır. Bəxtiyarın doğma Gəncəsi…

Bu slaydşou üçün JavaScript lazımdır.

Bəxtiyarın Gəncə-si…(c)Etibar” üçün 5 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma