Azərdən və Musiqisindən qorxmaq…(c)Etibar


Azərbaycan çox qəribə ölkədir. Bunu anlamaq üçün elədə böyük təsəvvürə malik olmaq lazım deyil. Bu gün şəhərdə gəzirdim. Şəhərin üç nöqtəsində bayram konsertləri təşkil olunmuşdu. Birinci nöqtədə pop/estrada müğənnilərimiz camaatı sabun musiqiləri ilə feyziyab edirdilər. İkinci nöqtədə isə Yeni Aşıqlar Partiyasının nümayəndələri sazlarını döşlərinə sıxıb sazmenlik edirdilər. Gəzə gəzə üçüncü nöqtəyə gəlib çıxdım. Burda da Folklorşünasların ən sevdiyi müsiqi növü olan Meyxana gedirdi. Dayanıb 1-2 dəqiqə qulaq asdım. Burdada yamancasına tərif gedirdi.
Sözüm onda deyil. Dünən axşam saatlarında eşitdiyimiz bir şok xəbərlə bütün planlarımız alt – üst oldu. Hamı həvəslə A Cirttan Bluesbird – in rock konsertini gözləyirdi. Bütün işini o konsertə uyğun dəqiqləşdirmişdi. Ancaq sonradan gələn bir xəbər hamını sözün əsl mənasında lomkaya saldı.
Bu hakimiyyət artıq xəstələnib. Artıq hər şeydən qorxur çəkinir. Azərdən də çəkinir, onun musiqisindən də.  Azər 300-400 gənc və özünü gənc hesab edənlərin qarşısında çıxıb mahnılarını ifa edəcəkdi. Aksiya və inqilab gözlənilmirdi o gün. Amma yuxarıların zənginə görə ROCK CLUB konserti təxirə saldı. Onları da, anlamaq olar nə eləsinlər. Ancaq mən buna bir qalibiyyət kimi baxıram. Azərin Qələbəsi kimi…
Azər Təbrik edirəm…
Özlərini div sananlar A Cirttan Bluesbird – dən qorxdu…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma