Yumurta Gündəliyi…


Yumurtanı bahalaşdıranlarla mübarizə gündəliyi

Saat 11.00. Bakı.

Ölkə başçısı yumurtanın süni şəkildə bahalaşdırılmasında günahı olanların müəyyənləşdirilib cəzalandırılmasına göstəriş verdi.

Saat 13.00.Qazax.

Yerli hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonda 100-dən artıq toyuq həbs edilib. Məlum olub ki, onlar son bir ayda ümumiyyətlə, yumurtlamayıblar. Bu isə yumurtanın qiymətinin artmasına birbaşa təsir edirmiş. Hazırda saxlanılan toyuqların ifadəsi alınır.

Saat 15.00. Şabran.

Rayonda 50-dək xoruz yerli polis idarəsinə gətirilib. Ilkin dindirilmə zamanı onların son vaxtlar həyət-bacada toyuqlardan uzaq gəzdiyi müəyyənləşib və beləliklə, rayondakı toyuqların əksəriyyətinin yumurtlaması qeyri-mümkün olub. Nəticədə ölkədə yumurta qıtlığı yaranıb və bu, bahalaşmaya gətirib çıxarıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

Saat 16.00. Siyəzən.

Rayonda 150 toyuq yerli polislər tərəfindən saxlanılıb. Polisin ilkin araşdırması zamanı saxlanılan toyuqların kürt düşdüyü, beləliklə, xeyli sayda yumurtanı satışdan yayındırdığı aşkarlanıb. Polis axtarış-əməliyyat tədbirlərini davam etdirir.

Saat 18.00. Goranboy.

Yerli hüquq-mühafizə orqanları daxil olan əməliyyat məlumatları əsasında rayon ərazisində 20-dən çox siçovulu saxlayıb. Saxlanılanlar mütəşəkkil-cinayətkar dəstə yaradaraq, rayon toyuqlarının yumurtalarını ələ keçirməkdə təqsirli bilinir. Ölkədə yumurtanın bahalaşmasında həmin siçovulların xüsusi rolunun olduğu istisna edilmir. Hazırda hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda şübhəli bilinən digər siçovulların da məsuliyyətə cəlb edilməsinə çalışır.

By: Aytekin Alizade

Yumurta Gündəliyi…” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma