11Mart və Siz… (c)Etibar


Photo By Abbas Atilay

Bu gün 11 Mart idi. Bu günü başa düşməyən axmaqlar üçün bir iki məsələni yada salım. Daha doğrusu o axmağların yadına salım. Heç kim heç kimə inqilab söz verməmişdi. Heç kim, 11Martda hakimiyyətə Gəlirik deməmişdi. Heç kim 11Martda ardıcıl aksiyalar olacaq sözünü verməmişdi.

Amma ki, bəzi insanlar 11Martı elə qələmə verirdilər ki, sanki artıq hər şey dəyişəcək.

11Mart sizin yaltaqlandığınız, qorxduğunuz hakimiyyətə qarşı BİZ varıq demək idi. Siz sizi qanunsuz kəsən müəllimə sözünüzü deyə bilmirsiz. Amma BİZ çıxıb sözümüzü deyirik. Əşşi heçnə olan deyil demirik. Mübarizə aparırıq, döyülürük, həbs edilirik. Amma yaltaqlığ eləmirik.

Ülvi Həsənli Hipermilli

Həbslər oldu…Gəncləri həbs elədilər. Həbs elədikləri Gənclərin müqavimətini qırmaq üçün 5-6-7-10 sutka verdilər. Bunlar elə bilirlər ki, həbs olundu iş qutardı. O, gənclər həbsdən çıxıb öz yollarında daha da, qətiyyətlə gedəcəklər. Daha da, mübariz olacaqlar. Təbriz Önər, Rövşən Nəsirli, Ülvi Həsənli Hipermilli, Orxan Hüseynov, Kamal Hüseynov, Rüfət Abbasov müəyyən sutkalarla həbs edildi. Bu gənclərin yeri həbsxana deyil. Bu gənclər onsuzda az olan intelektual Azərbaycan gəncliyini təmsil edir.

Təbriz Önər

Biz bu günü yazdıq Azərbaycanın yaddaşına. Siz istəsəzdə yazdıq, istəməsəzdə yazdıq!!! Bizim qarşımızı polislə ala bilmədiz. Özüdə bir fəal aktivistə 10 polis, 5də mülki formalı polis verməklə ala bilmədiz. Biz sayca az idik, amma sözümüzü dedik. Bu Azərbaycanın hakimiyyəti bizdən QORXUR! Bunun dəqiq faktlarıda bu günki aksiya idi. Metrolar bağlandı. Polislər səfərbər oldu. Bakı Fövqəladi vəziyyətə keçirildi. Amma yenə bizim səsimiz hər yanda duyuldu. Biz istədiyimizi elədik. Bütün Azərbaycana göstərdik ki, BİZDƏN QORXUR hakimiyyət. Bizim sözümüzdən QORXUR! Qorxmasa idi, bu qədər tədbir almazdı…

Ağıllandırıcı Tədbirlər Planlarının işləmədiyini yəqin ki, anlayıblar…

11Mart və Siz… (c)Etibar” üçün 6 cavab

  1. 11 mart ozumuze ne qeder haqli oldugumuzu, o qeder de qorxaq olmadigimizi, o qeder de yasadigimiz muhite bigane olmadigimizi, hele serefimizi itirmediyimizi gosterdi. ne qeder guclu oldugumuzu. bu burda biter mi sizce 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma