Fəal Azərbaycan Polisi…(c)Etibar


1- Son günlər Azərbaycandakı proseslər həddən artıq sürətlənib. Ölkədəki qüvvələr hər zaman internetə, sosial şəbəkələrə qeyri ciddi yanaşan təbəqə indi sosial şəbəkələrə əzrayıl kimi baxırlar. Gənc Fəallar…Maraqlı ifadədir. Kimdir bunlar axı? Bunlar necə fəallaşıblar? Bunlara nə ediblər ki, belə fəal olublar? Bu Fəallıq 5-10 sutka həbslə bitirsə buna ani Fəallıq deyək. Rəşadət Axundovun  bu şəklini görəndə onun nə qədər Fəal olduquna bir şübhəm qalmadı… Bir alay polis onu bərk bərk tutublar ki, Fəallıq eləməsin…

Rəşadət Axundov və bir alay Polis...

2- Neçə gündür Bin Laden kimi axtarışda idim. Nə səbəbə axtarılırdım naməlum idi. 3 günlük intizar dolu günlərdən sonra gedib hicrana bir son vermək qərarına gəldim. Sağ olsun Hüseyn Məmmədov və Xalid Bağırov. Birlikdə polis bölməsində məni üçün darıxanlar və axtaranlarla görüşə getdik. Çox mədəni və qonaqpərvərcəsinə bizi qarşıladılar. Biz axı pərvər xalqın övladlarıyıq. Nəisə sən demə taksi sürücüsü Etıbarı axtarırlar. Nə edirlər blogger Etibarı.  Toya gedirlərmiş. Taksi lazım olub 3 gün qabaq elə biliblərki, mənəm taksi sürücüsü. Tapmayıblar və öz peşə borclarına sadiq qalaraq məni 3 gün axtarıblar ki, uşaq necədir, hardadır, başına bəlkə iş gəlib? Sevirlərdə xalqın övladlarını. Mən çox sevindim ki, bizim polislər bizim təhlükəsizliyimizə görə narahat olurlar. Gözlərim doldu… Bu münasibəti görəndə. Vəkilim də çox sevindi ki, Anti Korrupsiya Mübarizəsinin fonunda Polislərimiz belə diqqətlidir. Eşq olsun Suraxanı Rayon 31-ci polis idarəsinin timsalında bütün Azərbaycan Polisinə!!!

Ps. Rəşadət Axundov, Cabbar Savalanlı, Dəyanət Babayev, Bəxtiyar Hacıyev, Səxavət Soltanlı… Sizin yadınıza nəsə salır?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma