NIDA Vətəndaş Hərəkatından Bəyanatı…


NIDA Vətəndaş Hərəkatından BəyanatıNida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü gənc fəal Rəşadət Axundov martın 8-i saat 14:00 radələrində ailələsinin yanında 10-a yaxın naməlum mülki geyimli şəxslər tərəfindən zorla həbs olunmuşdur. Daha… sonra Xətai rayon məhkəməsində ona qarşı polisə müqavimət ittihamı ilə 5 sutka həbs cəzası verilmişdir.

Nida Vətəndaş Hərəkatı gənc fəallara qarşı bu cür addımların geniş miqyas almasından ciddi narahatçılığını ifadə etməklə Azərbaycan hökumətinə gənclərin siyasi fəaliyyətinə hörmətlə yanaşmağa və onlara qarşı atılan bütün addımların siyasi nəticələrini əvvəlcədən ciddi götür-qoy etməyə çağırır.

Nida Vətəndaş Hərəkatı son dövrlərdə gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Dəyanət Babayev, Rəşadət Axundov, Səxavət Soltanlını ard-arda və açıq-aşkar absurd ittihamlarla həbslərini o cümlədən çox sayda gənclərin təqib olunmasını və onlara naməlum şəxslər tərəfindən hədələrin edilməsini qətiyyətlə pisləyir. Bir qrup Azərbaycan gəncinin sosial şəbəkələrdə “11 mart böyük xalq günü” adı altında başlatdığı kampaniyadan öz əsassız narahatçılığını repressiv vasitələr ilə ifadə edən hökümətin reaksiyalarını sərt şəkildə qınayırıq. İzaha geniş ehtiyacı olmayan və demokratiyanın təməl prinsiplərindən olan sərbəst toplaşmaq azadlığına qarşı bu addımlar ilə hökümətin narahatçılığının bu dərəcədə ciddiliyi bizləri çox narahat edir. Biz Azərbaycan Hökümətini vətəndaşların konsititusion hüquq və azadlıqlarına, ATƏT, BMT, Aİ və AŞ kimi nüfuzlu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə və qoşulduğu beynəlxalq konvensiya və müqavilələrə hörmətlə yanaşmağa, ölkənin beynəlxalq siyasi nüfuzuna xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq. Son günlərdə artan istiqamət üzrə atılan repressiv addımlara ciddi beynəlxalq təpkilərin artması fonunda Azərbaycan höküməti dövlətin hüquq mühafizə orqanları tərəfindən fəal gənclərə qarşı təzyiqlərinin siyasi nəticələrindən məsuliyyət daşımaqdadır.

Nida Vətəndaş Hərəkatı olaraq Azərbaycan hökümətinə öz vətəndaşlarının bir daha təkrar edirik öz vətəndaşlarının konstitusiyada və beynəlxalq konvensiyalarda təsbit olunan hüquq və azadlıqlarını dönməzcəsinə müdafiə etməyə, bütün addımlarında siyasi ambisiyalardan və hüquqa zidd alətlərdən istifadə etməkdən çəkinməyə, hüququn aliliyinə və insan hüquqlarına hörmət etməyə, ölkə və beynəlxalq cəmiyyət qarşısında siyasi məsuliyyətini unutmamağa çağırırıq.

NİDA Vətəndaş Hərəkatı”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma