Gənclərin Azərbaycan polisinə müraciəti…


Hər bir xalq gec vəya tez öz azadlığına qovuşur, xalq buna qərar verdikdə, onun qarşısını almaqda bütün qüvvələr aciz qalır. Azərbaycan xalqı 1990-cı ildə Azadlıq meydanında Sovet tanklarının qarşısına çıxaraq, mərdliklə və öz canlarını qurban verərək ölkəmizin müstəqilliyini qazandı. Həmin xalq, heç də 24 il Tunisdə, 30 il Misirdə və 42 il Liviyada avtoritar rejim altında əzilən xalqdan əksik olmadığını, azadlığın, ədalətli, firavan cəmiyyətdə yaşamağın həm də Azərbaycan xalqının təməl haqqı olduğunu sübut edəcək.

Hazırda hüquqları pozulan milyonlarla vətəndaşlarımız arasında polislərimiz də, onların ailələri, yaxınları və dostları da var. Neft gəlirləri vətəndaşlarımızın rifahı naminə ədalətli bölünsə, polislərimizin əmək haqları indikindən dəfələrlə artıq ola bilər, polis ailələri daha az xərc çəkərək daha rahat yaşaya bilər. Bütün bunlardan əlavə olaraq, polisin cəmiyyətdə nüfuzunu qısa zamanda bərpa etmək mümkündür. Biz düşünürük ki, artıq polis bir neçə ailənin ölkənin sərvətindən bəhrələnməsi üçün öz vətəndaşını dəyənəklə döyən yox, hakimiyyətin tapşırığı ilə vətəndaşları haqsız yerə həbs edən yox, vətəndaşlara böhtan atan yox, Azərbaycan xalqının ən çox güvəndiyi şəxs olmalıdır. Biz gənclər düşünürük ki, ölkəmizdə ən çox sevilən, ən çox hörmət edilən, ən çox etibar edilən və azad, ədalətli, firavan cəmiyyətdə yaşamağımız üçün çalışan şəxs Azərbaycan polisi olmalıdır.

Əziz Azərbaycan polisi,

Yaxın zamanlarda siz də seçim qarşısında qala bilərsiniz. Ərəb dünyasındakı hadisələrdən çıxardığımız dərs bundan ibarətdir ki, xalq hər zaman öz azadlığını tələb edəndə, buna nail olur. Sizi tarixin düzgün tərəfində dayanmağa, öz vətəndaşlarınıza güc tətbiq etməməyə, sadə vətəndaşlarla əl-ələ, çiyin-çiyinə dayanaraq Azərbaycanda ədalətli, firavan və azad bir cəmiyyət qurmağa çağırırıq.

Unutmayın ki, heç kim və heç nə unudulmur. Kiminsə öz sadə vətəndaşlarına qarşı qəddar davranışı unudulmadığı kimi, haqq-ədalətin, vətəndaşların tərəfində dayanan şəxslərin xidmətləri də unudulmayacaq.

Hörmətlə,

Bir qrup Azərbaycan gənci

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma