Təhsildəki Reallıq…(c)Etibar


Mənim təhsilim Avropalaşıb. Mənim Təhsilim inkişaf edib. Mən öz təhsilimlə fəxr edirəm. Mənə bu təhsil sistemini bəxş edənlərə təşəkkür edirəm. Sistemimiz bir az axsayan kimi başbilənlərimiz xalqı təhsilsiz qoymamaq üçün yeniliklər edirlər. Bu yeniliklər ancaq xalqın inkişafına hesablanır. Yalniz xalqın övladlarının daha keyfiyyətli təhsil almasına xidmət edir.

Bizdə Avropadan geri qalma dala prinsipini əlimizdə bayraq edib Boloniya şəhərində imzalanmış və Boloniya prosesi adlanan təhsil prosesinə daxil olmuşuq. Biz Avropaya inteqrasiyanın əsas ünsürü kimi bilikli savadlı gənc kadrların çox olmasını göstərmişik. Və bu yolda əmin addımlarla irəliləyirik.

Boloniya prosesinin əsas üstünlüyü təhsildə azadlıqdır. Tələbələrin fərdi tədris planının olması, təlimçilərin olması, rektor və digər idarə edici şəxlərin yalnız simvolik  rolunun olması vəs. Müəllim və tələbələrin müstəqil azad fikirli olmasıda vacib hallardandır. Bunlar təhsilin keyfiyyətini ən yüksək həddə çatdırır.

Əksər Azəbaycan Universitetlərində Boloniya Prosesi tətbiq edilir. Necə tətbiq edilir, hansı şərtlər ödənilir barəsində kiçik bir sorğu keçirdik. Sorğunun nəticələrini qoyaq bir qırağa. Azərbaycan Təhsilinin “Qala Divarı” sayılan Bakı Dövlət Universtetinin tələbə və müəllim heyəti ilə belə nəticəyə gəldim ki, Boloniya prosesi bizdə işlək deyil. Tələbə və müəllimlərin bizi görəndə Əzrayılı görmüş tək qaçması düşündücü idi. Özümü bir anlıq çox pis hiss elədim. Həvəsdən düşdüm. Soyuqun, qarın altında saatlarla küçədə keçirdiyim vaxta heyfim gəldi. Amma bu fikri özümdən uzaqlaşdırdım. Və işimi bitirdim. Min bir əziyyətlə olsa da.

Azərbaycanda İnsanların Azad Fikirli olmasını qadağan ediblər. Azad fikirləşə bilən təbəqə azalıb. Çox azalıb. Hakimiyyət bunu professional şəkildə bacarıb. İnsanlar fikirlərini deməyə qorxurlar. Böyük hissə də, artıq unudub. Bunun fonunda Boloniya Prosesi, Azad təhsil…

Balıq başdan iylənib. Problem təhsil sistemində deyil. Onun adında deyil. Onu tətbiq edənlərdədir. Yoxsa təhsil sistemimizə Boloniya adı verməklə bir nəticə hasil olmayacaq…Dəyişikliklər vacibdir…Dəyişikliklər qurban tələb edir. Qurbanlara hazır olmalıyıq…

Etibar Salmanlı

Bakı Jurnalistika Məktəbi…

Təhsildəki Reallıq…(c)Etibar” üçün bir cavab

  1. Bizim Turizm uni de ozleri deyiki Bolonyanin azerbaycanlasmish formasidi gunde de bir qerar cixir derse corabsiz gelme Viyetnamka ile gelme corabi duz geyimemisen imtahana girme dehshetde qisaca

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma