“Bakı”-sızlıq…(c)Etibar


Bakı maraqsız olub. Bakını itirmişik. Bakı bizi itirib. Bakı bizdən küsüb. Bakı bizdə haqlı olaraq günah görür. Biz günahkarıq. Biz yeganə olan ziyarətgahımızı da itirmişik. Zibilləmişik, mundarlamışıq. Təmizlənməyəcək şəkildə. Bizim günahımız böyükdür. Bizim günahımız bağışlanmazdır. Tövbələr də bizim köməyimizə gəlməyəcək.

Azərbaycanda birdənə Tarixi Cayıl olub, o da “Şah İsmayıl Səfəvi”dir. Yerdə qalanlar yalandır, nağıldır, əfsanədir!!!

Küçələrimizi ümumilli şərhlər, sitatlar, heykəllər bəzəyir. Əvvəllər Leninin heykəlləri idi. İndi Ümummillinin. Məktəbdə arxiv otağında görmüşdüm Leninin büstünü. Hər gündə dərs otağında görürdüm Ümummillini. Bir gün onuda padvallarda, tozlu yerlərdə görəcəyik. Tarix sevmir uzunmüddətli liderləri. Xalq sevmədikcə , Tarixdə sevmir. Necə ki, sevməyib.Bir gün bitəcək. Hər şey bitdiyi kimi. Hər kəs bitdiyi kimi. Bitirmək iki cürdür. Ya gözləyirsən Tarix bitirir. Yada özün qalxırsan ayaqa bitirmək üçün. İndi biz hansını seçirik? Hansını məqsədə uyğun bilirik. Hansı günümüzlə razılaşmışıq? Nədən qorxuruq ölümdən? Əvvəl axır öləcəksəndə. Hamımız öləcəyik. Əgər bu belədirsə niyə əziyyəti, alçalmağı seçmişik? Bu suallarla sənə müraciət eləmirəm. Bilirəm sən bunu oxuyursansa mübarizəyə hazırsan. Özün üçün yox. Özündən sonra gələcək nəsil üçün. Ki, bir gün oturub həvəslə danışa biləcəyin bir hekayən olsun. Oğluva, nəvənə. Sən nə danışacaqsan siyasi iqtisadi kursu dəstəklədiyini? Millətin yarıdan çoxu yeməyə çörəyi güclə tapanda sən X6-ya 100 aznlik benzin vurduğunu? Üzünə tüpürməyəcəklər? Nəisə…Axırımız yaxşı olacaq…Mən bunu , bu yazını bu bloga girməyənlər üçün yazdım. Suallarımda onlara…

“Bakı”-sızlıq…(c)Etibar” üçün 4 cavab

  1. movzu bakidirsa qacqin geldiyim ilk gunden seher mene soyuq olub,men de ona,halbuki biz qacqin gelende yay idi.o ki qaldi Umummilli herseyin 1sonu var.esas sonda gozel olaraq qalmaqdi xatirelerde.ATATURK kimi .mence elave serh lazim deyil 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma