Qazet oxumaqı unudmuşuq ?!


65 yaşlı Seva xanım qazetlərdən sevgi hekayələrinin azalmasına görə küsüb…Son zamanlar qazet/kitab oxumaq barədə bir çox saytlarda, bu işlə məşğul olanlar arasında mübahisələr gedir. Bir qisim oxunaqlığın çoxaldığını. Digər tərəf isə əksini sübut eləməyə çalışır.

Bakı şəhərində keçirdiyimiz sorğu nəticəsində bu suallara bacardığımız qədər  işiq tutmağa çalışdıq.

Rəyini soruşduqumuz bir çox şəxs əsasən qazet ozumadığını söylədi. Bu özü artıq bir sıra məsələri açıqlayırdı.

İlk olaraq məktəblilərdən fikrini aldıq. 10cu sinif şagirdi (adını söyləmək istəmədi) qazet cox az halda oxuduqunu, oxuyanda isə əsasən idman qazetləri, idman xəbərlərini oxuduqunu söylədi. Qazetlərdə əsasən doqru informasiya axtardıqını bizə anlatdı.Digər bir məktəbli isə əsasən qazetlərdə şou xəbərləri axtardıqını, onun üçün oxuduqunu söylədi.

Orta nəsili əsasən qazet oxuyanlar sırasına aid eləmək olar. Vahid dayı qazetlərdə siyasi xəbər axtarışına çıxdığını, digər biri isə qazetlərdə hökümətin elədiyi islahatları izlədiyini söylədi. Hər ikisi qazetlərin kağızlarının keyfiyyətinin aşaqı olmasını da vurğuladı. Fikrini aldığımız Hənifə kişi isə əsasən sosial probləmləri oxuduqunu bildirdi. Qazetlərdə sosial iqtisadi həyat barədə xəbərlərin çox olmasını dilə gətirdi.Fikrini aldıqımız Seva xanım isə əvvəllər qazetlərdə sevgi hekayələrini oxuduqunu. İndi isə o hekayə tipli yazıların olmamasına görə qazetlərdən küsdüyünü bildirdi. İndi qazet aldığını da amma vurğuladı. Digər bir xanım isə qazetlərin əsasən son səhifəsini oxuduqunu dedi. Qazetlərdə yanlış informasıyaların bol olduqunu da qeyd elədi…

Bəzi işsiz gənclərin fikri isə o olduqu ki, onlar qazet oxumurlar. Oxuyan hissə isə, yalnız qazeti iş elanlarına görə alırlar.

İşləyən gənclər isə əsasən adlarının hallanmamasını istədilər. Və çox qəribə idi ki, işləri olan gənclər əsasən Xalq, Səs, Yeni Azərbaycan kimi qazetləri oxuduqlarını dedilər…

Azərbaycan Dövlət İqtisad Universitetində çalışan Bənövşə xanım qazetlərin oxunmamasına əsas səbəb kimi, gənc nəslin vaxtının az olmasıdır.  İnternet e-qazetlərinin daha keyfiyyətli olmasını önə sürdü.

Burdan bir nəticəyə gəlmək olar ki, oxumaq vərdişimizi itirmişik. Qazetlərdə ki, yanlış məlumatlar, keyfiyyətsizlik, qeyri obyektivlik insanların qazetlərə olan inamını itirməsinə gətirib çıxardır. Balansın pozulması və digər səbəblər qazetlərin oxunmasına ciddi zərbə vurur…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma