Sehirbazlar… (c) Etibar


Sehirbazlar…

Bəzən Azərbaycanda yaşamaq insana maraqlı gəlir. Hər bir insanın burda yaşamaq kimi, bir borcu var. Bu borcu biz istəyərək almamışıq. Amma hər zaman bizim borclu olduğumuz barədə, tez tez xəbərlərə rast gəlirik. Mənim heç kimdən borc aldığım yadıma gəlmir. Amma borcluyam. Hər halda, böyüklərimiz belə deyir…

Bu ölkədə, yaşamaq çətin işdir.Bu ölkə insanın dəyərini sovurmaqa malik texnoloqlara malikdir. Bu texnoloqlar hər zaman insanları sürü halında yaşamağa məcbur etməklə məşğuldurlar. Onlar üçün azad fikirləşən insan problemdir. İnsan probleminin qabarıq olduğu bir mühitdə, ölkə aktiv, azad fikirli gənclərinin olması ilə əsasən sevinə bilər. Bu gənclər, sözlərini deməklə artıq bir çoxlarının diqqətini cəlb ediblər. Cəlb ediblər sözünü elə belə istifadə eləmədim. Məhz cəlb etmə məsələsidir ki, bu gün gənclərə qarşı kampaniyaya başlamışıq. Biz başlamamışıq.

Amma başlayanlar artıq bu kampaniyaya böyük önəm veriblər. Hər bir rejim qanundankənar əməllər ilə məşğul olduqda, mütləq etiraz ilə qarşılacaq. Hər bir etiraz sonda hansısa əməllərlə, dəyişikliklərlə müşaiyət olunur.

Dünya praktikasında bu son zamanlarki, hadisələr həddən artıq aktualdır. Tunisdə, Misirdə olanlar hər kəsin gözünün qarşısındadır. Ərəb ölkələrində artıq illərdir öz vətənlərində əsarət altında olan xalq öz azadlığı uğrunda mübarizəyə qalxıb. Bu mübarizənin ilk sıralarında gənclərdir. Xalq öz haqqını tələb edir…

Və bunada müəyyən dərəcədə nail olub artıq. Dünya Misir hadisələri, Təhrir meydanında olan hadisələri izləməklə və təhlil etməklə məşğul olarkən bizdə anti korrupsiya mübarizəsi ilə baş qatırlar. Mütləq fikirləşdikləri qurduqları bir plan olduqu da bəllidir… Bu plan deyəsən artıq işə salınıb. Nə etmək istəyirlər? Cavab bəllidir ki, qorxutmaq. Anlamırlar bu qorxu yox nifrət və mübarizənin daha də güclənməsinə təkan verir. Hər kəsin cibindən nə istəsələr çıxara bilərlər. Hər kəs də öz cibindən nə istəsə çıxara bilər. Amma ki, artıq bu texnologiyanın köhnəldiyini özləri də, anlayırlar…Amma sadəcə özlərini qanmazlıqa vurublar. Gənclərin aktivliyi artıq bəzi kəslərin siyasətinin əksinə işləyir deyəsən…

Yoxsa belə olmasa idi, 19 yaşlı bir gənc, Cabbar Savalanlı hal hazırda dəmir barmaqlıqlar arxasında olmazdı. Onun da, cibindən 0.17 qram narkotik maddə çıxıb. Və o indi, müəyyən maddələrlə ittiham olunur. Budur bu rejimin gənclərə münasibəti…

3-4 gün qabaq çıxıb Gənclərdən və günlərindən danışırlar… İndi də, bir gənci ictimai siyasi həyatdakı aktivliyinə görə içəriyə salırlar…

Bu məsələlər sanki bir birini izləyir.

Az qalıb bu belə getməyəcək…

19 yaş nə yaşdır ki, hələ qarşıda uzun illər olacaq…

Mübarizə bizi tərk etməyib. Represiyyalar bizi qorxuda bilməz. Biz arxaya baxmadan elədiyimiz işdən vaz keçməyəcəyik…

Və səndə bizim yanımızda olacaqsan Cabbar…

Bizim indi fikrimizin sənin yanında olduğu kimi…

Bizi fikirlərimiz yaşadır…

Etibar Salmanlı

Sehirbazlar… (c) Etibar” üçün 2 cavab

  1. 19 yaşlı bir gəncin həbsi əslində yatmış, yuxulu olan neçə neçə gəncin üzünə su çilədi. Bizi fikirlərimiz yaşadır, Cabbarı dəmir barmaqlılar möhkəmləndirir, Cabbarın həbsi gəncləri silkələyir. Bu belə getməz. Bu məmləkətdə hər kəs söyür, hər kəs gözünə döyür. Ancaq jurnalistin mikrofon-kamera ilə yaxınlaşarkən acıların təbəssümə çevrildiyi an kimi əksəriyyət hələ də həqiqəti söyləmə anı gələndə gözünü, ağzını, qulağını yumur: Mən Buralı deyiləm.

Aynur Zarrintac üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma