Mənim cibim…(c)Etibar


Mən Azərbaycanlı olmağımla fəxr edirəm!!!

Mənim fəxr eləməyə çox səbəbim var… O qədərdi ki…

Ən yaxşı neft bizdədir. Azəri Light…

Coca-Cola Light var Pepsi Light var…Və Azəri Light da var…

Böyük inkişaf nəticəsidir…

Və sübutudur…

Ən yaxşı sürücülər bizdədir. YPX kimi sürən var? Mixail Şumaxer bu yaxınlarda bəyanat verdi ki, mən qələt edərəm Azərbaycanlı YPX-istlərlə sürərəm.Kişilər YPX-ist deyillər əsl Mazaxistdilər. Elə yerdən radar çıxardırlar ki, adam şok olur…

Yada məsəl üçün Koperfield. Kişi fokusnikliyin daşını bizim PPX, ÇPX nəbilim nə PX nın əməllərindən sonra atdı . Koperfield tank zad gizlədirdi, təyyarə zad uçurdurdu…

Bizimkilər isə, çimərlik paltarında olan insanin belə üzərindən 0.7 qram marixuana çıxarda bilərlər…Özləri bərk nəşəxordu amma bizim üstümüzdən çıxır nəşə. Özləri heroinlə qulluq edirlər damara, amma bizdə olur istehsal mərkəzləri.

Mən artıq cibsiz paltarlar seçəcəyəm alanda… Yoxsa birdənə şalvarim 8-10 dənə cibi hərəsindən 1 qram marixuana tapsalar , ölkənin siyasi – iqtisadi kursuna dəhşətli zərbə dəyə bilər. Büdcə kəsiri yarana bilər. Qoy elə bir iki cibli şalvar geyinim maximum 2 qram olsun cibimdə…Bu yaxınlarda mənə zəng gəldi ki, bəs sənin Facebook profilində F-16 yanacağı tapmışıq, sən bunu İsraildən alırsan 100%. Sonra uşaqların birindən tank açarı tapıblar. Birindən Uran-ın diskini tapıblar özüdə 2011 ci il versiyası…Tapa tapa gedirlər…Ya tapacayıq yada Yapacayıq deyirlər…

PS. Növbəti fokusa kim məruz qalacaq ???

Etibar Salmanlı

Mənim cibim…(c)Etibar” üçün bir cavab

bellasumerki üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma