Bakı küləyi… (c)İradə Aytel


Bu şeir İradə Aytelindir… Oxudum və paylaşıram…

Eheeeey Bakı küləyi,
Məndə Gəncə ətri var!
Bu ətirlə ərimərəm sinəndə,
Kirimərəm sinəndə.
Ərit məni,
Kirit məni.
Elə əs ki,
Əynimdəki ismətimi soyunum,
Elə əs ki,
Alnımdakı qısmətimi soyunum.
Bətnimdə nur toxumu var,
Cücərməsin,
Boy verməsin.
Elə əs ki,
Çölüm nədi
Lap bətnimi soyunum.
Gecəqondu yollarına qonum mən də,
Kirli-kifli qollarında sınım mən də.
Bənövşə bəndə düşə,
Bənddə kəməndə düşə.
Şəhərdəki dibçəkdən
Sorağı kəndə düşə.
Elə əs ki,
Gülüşlərim tüstümdəcə boğulsun,
Elə əs ki,
Doğma dilim öz dilimdən qovulsun.
Nizaminin hikmətindən söz qalmasın,
Məhsətinin əzabından iz qalmasın,
Əhməd Cavad qeyrətini qoy unudum,
Cənub desəm,
Axçi olsun,
Duxtər olsun mənim adım.
Bir kərə yüksələni gözləməyim zirvədə,

Heykəllərə,
Maketlərə,
Ağalara,
Dığalara boyun əysin zirvə də!
Dambır olsun,
Dumbur olsun
Sazım, udum!

Eheeey Bakı küləyi,
Məndə üsyan ətri var!
Elə əs ki,
Ruhuma dol,
Ağlıma dol
Erməniyə bala doğan gəlinlərim,
Əsir düşən oğullarım,
Ərənlərim
At əvəzi,
It əvəzi
beynimdəcə yedəklənsin.
Qarabağım qan ağlasın,
Sinəm yansın, can ağlasın,
Dərəyə çən düşəndə,
Dağda duman ağlasın… –
Deyən dilim qədəhləsin!
Elə əs ki,
“Meyidimnən keçər düşmən”
deyənimi lənətləyim,
Bircə günlük azadlığa
qırx ilini qurban verən,

Düşmənimin gözlərinə
söyənimi lənətləyim.
Köləliyə əyilməsəm,
Türkəm desəm,
Bu türk canım yollarımda
Zopalansın,
Tapalansın,
Kötəklənsin!
Zindanlarında çürüsün,
Sürgünlərində təklənsin!

Eheeeeeey Bakı küləyi,
Məndə BOZ QURD ətri var!
Gör nə deyir bu ətir,
Gör nə deyir:
“Orda bir yol var uzakda,
O yol bizim yolumuzdu!
Getməsək də, varmasak da,
O yol bizim yolumuzdu!!!”

05.02.11. Bakı

Bakı küləyi… (c)İradə Aytel” üçün bir cavab

Lale üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma