Musiqili Gənclik… 2ci hissə (c)Etibar


Gənclik muğama ancaq öz həyat ideallarina çatmaq üçün bir növ köməkçi vasitə kimi baxır.

Hər zaman musiqi birləşdirci funksiya yerinə yetirsə də , hal hazırda Azərbaycan musiqisi ayrılmaya doğru üzünü tutaraq dünənimizdən uzaqlaşır , get gedə Qərbə yaxınlaşır, hansısa bir musiqi yarışmasında müəyyən qədər reklam uğruna musiqimiz dəyişdirilir. Gənclərdə buna sadəcə olaraq oyundan kənar vəziyyətdə qalaraq baxırlar. Bəzi gənclərdə bunun içində tapırlar özlərini. Bəzən dəyişiklik etmək istəyirlər. Amma ki, bu işin köməkçisi olmağın bir xeyri olduğunu anlayıb işi görürlər. Sadəcə olaraq hansısa xarici avtomobilə, hansısa mənzilə görə musiqimizin korlanmasına göz yumurlar.

Əgər bu hal gedərək intensiv xarakter alarsa onda gələcəkdə tarı, kamançanı aq qara fonlu videolentlərdən izləyəcəyik ancaq !!!

Dünya musiqisində hər bir xalqın özünə məxsus musiqi anlayışı vardır, amma son dönəmlərdə ki Azəri musiqisində çor qəribə tendensiya yaranıb, özünə qayıdış deyilən məfhumu bu gün özünü daha qabarıq göstərir, düzdür ki , musiqin axır vaxtlar inkişafından söz gedə bilməz, amma bu da danılmaz faktdır son zamanlar azda olsa musiqin folklora qayıdışı hiss olunur..

Sonda Azərbaycanın iştirak elədiyi AvroViziya Mahnı müsabiqəsinin seçim turu bitir artıq. Təbrik eləmək fikrindən uzaqam çünki , bu müsabiqədə bu seçilmiş (seçiləcək) ifaçı ilə uzaqa gedə bilməyəcəyik, İnana bilmirəm ki, Azərbaycan necə seçir bu Sənət-KAR-ı , sırf biz orda yer tutmaqa gedirik? Biz ancaq reklam olunmaqa gediriksə, sözlərim səhv olar amma ki, biz öz musiqimizi təbliq ediriksə , hansısa xarici dildə, xarici bəstəkarın əsəri ilə yox öz milli musiqimizlə təmsil olunmalıyıq, eybi yox sintezə qəbul millətik onsuzda sintezlə gedirik. Axı Azərbaycanın olduqca güclü Vokalçıları var, dediyim Vokalçılar açıq geyinmir, və mənbəyi qeyri bəlli olan musiqilər ifa eləmir amma Azərbaycan musiqisini təmsil edirlər… Nəisə sadece demək olar ki , AvroViziya da ki sənətkarımızdan elədə güclü nəsə gözləməyək Gənclik olaraq. Ondansa xaricdə yaşayan dostlardan, həmvətnlərimizdən xahiş edək ki, özümüz özümüzə səs versinlər, və biz ilk 3 pillədən birini tutaq və 2011 AvroViziya Sənətkarımızı Bakıda çempionlar kimi qarşılayaq, xalq artistindən zaddan da verək ona ! O, da verəcək…Ən pisi YAP-a namizədliyini verəcək…

Reklamlar bitəcək bir vaxt… Bəs onda Əsil Azərbaycan musiqisi sağ olacaq görəsən?

Diqqətinizə görə minnətdar olmaq fikrim yoxdur, çünki hər kəsin obyektiv və subyektiv fikri var… Buda mənim fikrimdir!

PS . Birinci olmaq istəyirsiz? İdeya verim sizə? Birdənə Erməni musiqiçisi ilə duet yaradın gedin. Avroviziyada birinci yer. Nobel Sülh mükafatı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma