Musiqili gənclik…1-ci hissə (c) Etibar


Mən hər hansısa bir musiqi növünü digərindən ayırmıram. Nə muğam həvəskarıyam nədə ki, muğama saatlarla qulaq asan. Hətta xırdalıqa varsaq mən muğama qulaq asmıramda deyə bilərəm. Ancaq bu yazını yazmaq istəyim yarandı. O istək o deyil ki, muğamı reklam edim. Yada ki, hamı muğama qulaq asmalıdır fikrini təbliq edim. Mən sadəcə demək istəyirəm ki, anasını ağladırlar bizimkilər istənilən musiqi növünün…

Mən köhnə dəyərlərdən danışıram. Ən azından ona görə ki, bizimdir. Dəyərlərimizlə yaşayaq demirəm…Amma hörmət edək. Öz şəxsi xeyrimizə görə istifadə eləməyək…

Həyatın marağlı burulğanında fırlanırıq , hamı nəsə icad edir , hamı nəsə yenilik edir, amma yeniliyin fonunda köhnə dəyərlərin unudulması prosesinin getməsi istər istəməz insanı fikirləşməyə vadar edir.

Gəncliyin musiqiyə meyli insanı bir tərəfdən sevindirsə də digər tərfədən qara fikirlərin yaranmasına da əsas verir. Musiqinin dini, dili, irqi və milləti yoxdur deyərək hər bir musiqi növünə qiymət verən azəri gəncliyi öz milli musiqisinə nəyə görəsə laqeyd yanaşır.

Musiqinin yenilənməsi adı altında azəri fonumental musiqisinin ardıcıl zərbələrə məruz qalması prsosesi gedir desək heçdə yalan danışmış olmarıq. Azəri musiqisindən əsasən populyarlaşmaq məqsədi ilə istifadə edilirsə, ancaq öz mahnısının , öz albomunun satışına görə muğam salınırsa onda Milli Musiqi dəyərlərindən danışmaq boşdur. Özüdə Azərbaycanda albom satışı deyilən bir anlam yoxdur. Ancaq Muğamdan sadəcə olaraq reklam fikri ilə istifadə edilirsə Muğamın inkişafındanda danışmaq gərək deyil. Muğamın inkişafı bizə lazımdır ya yox? O başqa söhbətin mövzusu.

Muğamı yeniləmək adi altinda keyfiyyətsiz  musiqi növləri ilə sintez eləmək özü muğamın inkişafına yox daha da inkişafdan qalmasına kömək edir. Bir istisna kimi David Vendetta vs Tara McDonald ft Alim Qasimov – I’m Your Goddess mahnısı məsəl verim. Mənim bu iş çox xoşuma gəlir. Yaxşı iş hamı tərəfdən qiymətləndirilir.Səsyazma studiyalarinda sırf kompyüter sisteminin köməyi ilə canlı musiqi alətlərinin əvəz edilməsi musiqinin istər istəməz keyfiyyətsiz alınmasına gətirib çıxartdir. Tar, kamança və yaxud digər musiqi alətinin indi ki . səsi ilə əvvəlki səsi arasında uçurum var. Bu komputer sisteminin günahı deyil. O sistemdən peşəkarcasına istifadə etməməyin nəticəsidir! Peşakarlıqda bizdən uzaqlaşıb…Onu tapanda yaxşı olacaq…

Musiqili gənclik…1-ci hissə (c) Etibar” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma