Gəncəm aktivəm…(c)Etibar


Gəncəm Aktivəm

Bu məsələ həqiqətən maraqlı və düşündürücü bir məsələdir. Buna bir çox rakursdan baxa bilərik. Hər hansı bir aspektdən yanaşırsaq yanaşaq gələcəyimizi həll edici bir rola malikdir bu məsələ. Azərbaycan gəncliyini çox tənqid edirlər, Azərbaycan gəncliyini passivlikdə, xeyirli iş əmsalının az olmasında qınayır yaşlı nəsil. Gəncliyin kitab oxumadığını, gəncliyin əsasən boş boş işlərlə vaxtını xərclədiyini deyirlər. Internətdə çox müddət oturmağı gənclərdə nöqsan kimi qələmə verirlər. Azərbaycan gəncliyininə mən bu yazıda iki cür baxmağa çalışacaqam. Hamımız bilirik vəziyyətin hansı həddə olduğunu, nələrə apardığını vəziyyətin bizi.

Gənclik iki qütbə ayrılıb hal hazırda.

İlk qütbdəkilər əsasən hamımızın ürəyini ağrıdası prosesin baş iştirakçılarıdır.

Bu qütbü əhatə edən gənclər sanki, həyatın bitdiyi ilə razılaşmış kimi aparırlar özlərini, sosiallaşma onlar üçün heç bir dəyər əks etdirmir, onlar ev iş yada  ev universitet yolları arasında yolu ölçürlər, heç bir ictimai proseslərdə iştirak etmirlər, iştirak edənlərə bir növ bekar kəs kimi baxırlar, Onlar üçün həyat oxumaqdan ibarətdir demək də yalan söz kimi çıxır. Onlar üçün əsas priotet mövzü odur ki, necə olur olursa məktəbi bitirim, atamın anamın fikri ilə, onlar hansı universiteti və o universitetin hansı fakültəsini istəyirlərsə, seçirlərsə mən əziyyət çəkim, vuruşum ora daxil olum. Sonra həyatımın ən gözəl illərini istəmədiyim ixtisasla bir yastığa baş qoyaraq keçirim. Bunu fikirləşir bir çoxları, öz həyatlarını fikirləşmirlər. Onlar universitet həyatında da aktiv olmaqdan çəkinirlər, adi həmkarlar ittifaqına qoşulmaq boyun qaçırırlar sanki hansısa elmi iş üzərində işləyirmiş kimi, sonda 4 ilin bitimində tamami ilə boş, boz bir 4 il keçirdikləri reallıqı ilə üz üzə qalırlar.Bu gənclər universiteti bitirən kimi, evlənib başlarını aşağı salıb öz işləri ilə məşğul olmaqı, ailə işləri məşğul olmağı özlərinin əsas məsələləri kimi seçirlər. Nə dərəcədə düzgündür nə dərəcədə səhv fikirdir onu biz deyə bilmərik və onları əməllərinə görə heç kim mühakimə edə bilməz.

Digər bir qütb isə etdikləri ilə yanaşı eləmək istədikləri ilə cəmiyyətin böyük bir hissəsinin rəğbətini qazanırlar. Bu kəslər bütün ictimai siyasi hadisələrə biganə qalmırlar, öz fikirlərini cəmiyyətlə paylaşmaqa üstünlük verirlər. Tədbirlərdə, mühazirələrdə iştirak edirlər. Özlərini təkmilləşdirirlər. Bilmədiklərini öyrənməyə, öyrəndiklərini öyrətməyə, yaymağa çalışırlar. Sosiallaşmaya və inteqrasiyaya, ölkəni sözün əsl mənasında çiçəklənməsinə öz töhfələrini verməyə çalışırlar. Bu gənclər inkişafi aktiv olmaqda görürlər və fikrimcədə bu düzgün qərardır. Həyatı bir çərçivəyə salmaq, müəyyən sərhədlərə sığdırmaq sonda öz acı nəticəsini verəcək. Dünyanı bir ölkə kimi fikirləşsək, sərhədləri dağıtsaq mənim fikrimcə inkişaf bizlə olar. Məhz gənclik bu məsələnin həllini tapıb. Aktiv olmaqla, aktivliyimizi bütün ətrafa dünyaya göstərməklə, yeni dostluqlarla, yeni biliklərlə inkişaf üçün əsas amillərlə.

Bir filosofumuzun fikri həqiqətən maraqlıdır. O, deyir ki, Azərbaycan balaca bir ölkə olsa da, ölkə sərhədləri daxilində dostluq əlaqələri olduqca aşaqı səviyyədədir. Bu fikir özü gəncliyimizin, ikinci qütbdəki, insanlarımızın, gənc fikir mütəffəkkirlərimizin necədə düz yolda olduğunun bir misalı, bir sübutudur.

Bu günləri biz Avropaya inteqrasiya deyiriksə, tədbirlərimizdə bu fikri qızğın bir şəkildə müdafiə ediriksə deməli xalqımızın gəncləri artıq oyanıb, artıq inkişafın neftdə yox bilikdə, beyin inqilabında olduğunu anlayıb. Xalq yalnız bu halda özünü yenidəndərk və özünü “yenidən” yeniləmə prosesinə başlayıbsa, məhz bu aktiv gəncliyin fikirlərinin artıq bir çox ictimai-siyasi dairədə qəbul edildiyinin nəticəsidir.

Gənclik məhz aktivliklə bir çox probləri həll edəcək, aktiv gənclik məhz bu ideayalarla Avropa dəyərlərini anlayacaq, təhsilin inkişafina daha da təkan verəcək, daha özünü yox ətrafını cəmiyyətini düşünəcək. Evdə oturaraq, telekanalizasiyalara və onların yalançı şoular ilə vaxtımızı hədər etməməliyik. Azad və Aktiv gənclik onu anlayır ki, onun gələcəyini hansısa Avropadan vəya Amerikadan gəlmiş bir kəs yazmayacaq. O gələcəyi bu gənclik özü yazacaq. Özü üçün olmasa da, özündən sonra gələcək olan gənclik üçün əlini daşın altına qoymaqa hazırdır. Buna hazırdır demək olmaz, artıq gənclik dəyişiklik üçün özünü qurban kimi Domokl qılıncının qarşısına verib. Yenilik üçün, Modernlik üçün  qurban tələb olduğunu anlayıb, dərk edib qurbanı da öz aralarından çıxardıblar…

Gənclik Aktivlikdir…Aktivlik inkişafdır…

Etibar Salmanlı

28 yanvar 2010/ 03:05

Gəncəm aktivəm…(c)Etibar” üçün 6 cavab

  1. evvela onu deyim ki movzu qeseng movzudu ve bu barede istenilen qederde danismaq olar,sadece indiki genclerin sirf sosial islerle mesgul olan genclerin bele ne istediklerini tam anlamadiqlarini dusunurem.cunki deyim var insani geyimine gore qarsilayib aglina gore yola salarlar.ola biler ki muasir stilde (avropa ve ya sirf rahat olacagi) geyinen genclerin hec de hamisinin ozlerini gosterdikleri kimi olmadiqlari ortaya cixir.cox olub ki geyimime gore meni soyuq qarsilayib amma otaqdan cixanda maraqli sohbete gore tesekkur edibler.amma men 1seyi de demek isterdim.indiki genclerimizin gozleri nedense bosdu,bozdu.anlamsiz baxirlar sanki.colde gosterdikleri seyler,prosesler sanki iceride getmir.ona gore ya oldugun kimi gorsen,ya da gorsendiyin kimi ol.deyimine uygun olsaydiq daha yaxsi olardi. INSALLAH OZUMUZU ANLAMAGA BASLAYARIQ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma