Hamınızın Bayramını…(c)Etibar


Yaman sakit olmuşuq, səsimizi alıblar. Laqeyd olmuşuq, fikir bildirməkdən yaman uzaqlaşmışıq. Bizə nə olub sualına cavab axtaranlar azalıb. Azalmayıbsa da, onların səsini tamamilə alıblar, başlarını aşaqı saldırıblar. Başlarını qaldırsalar işdən, evdən, ailədən vəs. uzaq olacaqlarından qorxaraq, sözün əsl mənasında başlarını ayaqlarının yanına salıb işləyirlər, 5-10 manatın müqabilində. Gənclik müəyyən qisimdə aktivləşib, fəallaşıb…Amma yenədə tədbirlərə nəzər yetirmək bəsdir ki, anlayasan ki, eyni sifətləri seçəsən. Müəyyən 150-200 gənclərdir ki, ölkənin Fəal Gəncliyini alnıaçıqlıqla təmsil edirlər…Allah onları Azərbaycana çox görməsin…

2 Fevral Gənclər günüdür,  bəzi gənclərin başı qarışıb lazımsız işlərə, əsas problemlərin üstündən keçilir sanki yoxmuş kimi. Sanki, Azərbaycanın birdənə problemi var , oda ki, qarın olmaması… Nəisə Əsas odur ki, bayramınız var, bayramımız var. Düzdür Azərbaycanda bir xeylam bayram var. Dəliyə hər gün bayramdır məsələni, bayramı qeyd edənlərə yox. O bayramı təqvimə salanlara şamil edirəm. Onsuzda bu dəqiqə kiçik bir qisimdən başqa hamı özünü düşünür, yuxardakılarda aşaqıdakılarda…Bir gənc olaraq mənə ən gözəl hədiyyəni Cəmil Həsənli özü bilmədən verdi…Fikri ilə:

“Heç vaxt bu qədər intelektsiz adamin hamisi eyni vaxtda hakimiyyətdə təmsil olunmayib”
Məhz ona görə iki gündən bir bayramdayıq…
Olan işdir hamı bilir onsuzda bunu…Sizin Bayramınızı … Təbrik edirəm…
PS. Bayramınız Mübarək demirəm, çünki Misir xalqının əziyyətini yerə vurmaq olmaz… Kişilər Qadınları ilə bir yerdə meydanda əziyyət çəkirlər amalları, ideyaları uğrunda…Bizdən fərqli…Biz bayram edirik…Onlar isə mübarəki edirlər…Əvvəlcə mübarəki edirlər sonra isə bayramı…

Hamınızın Bayramını…(c)Etibar” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma