Sürücü arxayınlığı…(c)Etibar


Həqiqətən də Azərbaycanlı olmaq bir ayrıcalıqdır, dünyanın heç bir ölkəsinin vətəndaşı bizim kimi, əhlikef, bizim kimi qeyri ciddi ola bilməz. Özünə və ətrafdakılara qarşı. İnsan özünə qarşı laqeyd yanaşa bilər, bunu anlayıram. Bu insanın özünə qarşı olan fikridir, heç kim onun qərarına hər hansı bir fikirlə yanaşa bilməz. Öz həyatıdır özü bilər. Şəxsən mən öz həyatımda elədə çox ciddiyəti sevmirəm, əsasən özümə xoş nədirsə elədə yaşamaqa üstünlük verirəm. Mən amma ətrafımdakı insanlar üçün nəisə çətinlik yaratmaqdan qaçıram, çalışıram ki, problem yaratsam ancaq özümə yaradım. Başqasını öz probleminlə narahat eləmək bir az mədəniyyətə uyğun bir iş deyil…

Bu günləri şəhərin nəqliyyatının sıx olduğu  bir prospektdə avtobus dayanacağında dayanıb avtobus gözləyərkən sürətli şəkildə bir yük maşının gəldiyini yanımdakı dostum mənə göstərdi. Sürətinin çox və maşının yüklü vəziyyətdə olması belə sürücünün təhlükəsizlik qaydalarına riayət eləmək fikrinə gətirmirdi. Nəqliyyatın intensiv olan bir anında sürətini tənzimləyə bilməyib HacıBalanın yeni qoydurduğu 12-15 min manatlıq işıq dirəyini aşırtdı, bunun az olduqunu düşünüb ikinci dirəyi də, AzərAlimunium zavoduna yolladı, hətta yol qırağına düzülmüş avropa standartlarına tam uyğun 6-8 min manatlıq səkinin bir iki hissəsini də dağıtdı. Merimizin ürəyini ağrıdası bir məsələ amma varda, adi şəxs olsa idi, həmin şəxsə 70-80 min kontur yükləyərdilər, üzr istəyirəm AZN. 🙂 Amma bu qəzaya səbəbiyyət verən gələcəyimizin təminatı olan neft şirkətimizin idi, yəni ki meriyanın pul almaq, yükləmək, qoparmaq kimi məsələləri qoyur qıraqa düz gedir zavoda 2 dənə işıq dirəyi götürür qoyur zədələnmişlərin yerinə, axı Bakımızın imicinə sonra ziyan gələr, düşərik 35 ci yerə…Güc bəla bahalaşa bahalaşa 29u cu yerə dırmaşmışıq…Bu medalyonun bir tərəfi , o biri tərəfində isə neft şirkətinin maşının günün günorta çağı o cür sürətli hərəkəti və heç bir qaydaya riayət etməməsi idi… Yəqin ki, icazə veriblər yüklü maşınla sürətli istifadəyə, bütün qaydaların pozulmasına…Sürücü həddən artıq arxayın şəkildə gəzirdi mən ona görə fikirləşdim ki, kişilərə azadlıq veriblər, sürücü azadlıqı…Kişilər sürürlər…Bir gün onları da sürəcəklər… 🙂

Gələcəyimiz bizim həddən artıq parlaqdır!!! 🙂 O qədər parlaqdır ki, gözlərimiz qamaşır artıq… 🙂

Etibar Salmanlı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma