Novxanı AF Hotel-də iqtisadi seminar…(c)Etibar


21-23 Yanvar tarixli iqtisadi Novxanı AF Hotel – də keçirilmiş seminara mənim baxışım…

I Hissə…

Bu Seminar haqqında biz Qubad İbadoğlundan Azad Fikir Universitet – inin Qəbələdəki, Qış Düşərgəsində eşitdik. Qubad müəllim mühazirəsində  faktlarla Azərbaycanın analoqu olmayan iqtisadiyyatını şərh edərkən mənim illərdir iqtisadiyyata olan həvəssizliyim itib getmişdi, sanki reallıqlar iqtisadi problemlərimizin artıq qabardılmasının əsas müzakirə predmetinə çevirməyin vacibliyini mənə anladırdı.

Qubad müəllimin mühazirədən sonra Azadlıq Naminə Fridrix Nauman Fondu (FNF) və İqtisadi Tədqiqatlar Mərkəzi (ERC, Azərbaycan) – nin təşkilatçılığı Hüquqi dövlət, iqtisadi azalıqlar və mülkiyyət mövzulu Novxanı AF Hotel – də 21-23 Yanvar tarixlərində keçiriləcək seminar barədə deyəndə bu tədbirdə iştirak eləməyi fikirləşdim. İqtisadiyyat ixtisasım olmasa da, bu mövzulardaki fikir mübadiləsində iştirak eləmək həddən maraqlı gəldi mənə…

Gənclik metrosunun yanından başlayan səfər…

İlk gün AF Hotel-də əsasən məskunlaşma və tanış olma mərhələsini keçib çay stolu arxasında çay içərək Yasemin Pamuk (FNF – in Cənubi Qafqaz üzrə rəhbəri), Ərəstun Oruclu (FNF – in Azərbaycan üzrə məsləhətçisi), Emin Milli vəs. ifasında ilkin müzakirələrə başlayanda artıq tədbir haqda ilkin xoş təəsürat yaranırdı…İlk gün Ənnağı Hacibəyli və Qubad İbadoğlunun mühazirələrindən sonra qruplarda Dövlətin nələri edib və eləməməsi barədə komanda işinin təşkili və müəyyən müddətdən sonra isə işlərini lektorlara və iştirakçılara təqdim edib öz işlərini, və mövzuları barəsində yaranan suallara cavab verməsi birinci günün ağır mövzulu mühazirələrinin yorğunluğunu çıxartdı.

Mühazirələrin nisbətən az interaktiv olması fikri ilə 90% iştirakçılar razılaşar amma ki, Qubad müəllimin nahardan sonra Cavad Xan filminə baxmaq fikri həqiqətən atılmalı olan ən doğru addım idi və buda gerçəkləşdi.

Amma AF Hotel barəsində ən qabardılası problem işıq problemi idi, işıqın tez – tez sönməsi və generatorun düz Konfrans otağının yaxınlığında yerləşməsi narahatçılığ yaradan əsas məsələ idi…

Tədbirin II günündə isə əsas maraqlı faktor tədbir iştirakçılarının gecə  bir çox söhbətlər ətrafında müzakirəsi və nisbətən geç yatması səhər yeməyinə kütləvi qatılmama durumu ilə nəticələndi. 🙂 Və buda özünü Cofe/ Break – da şirniyyata hücumla özünü biruzə verdi… 🙂

İkinci hissə Özəlləşdirmə məsələsi ilə bağlı həddən artığ maraqlı və müzakirə edilən hissə kimi yadda qaldı. Komandalardan birinin “AZTV heç bir halda özəlləşdirilməməlidir!!! ” fikri bütün seminar iştirakçıları,  lektorlar da həmçinin qızğın bir mübahisə içərisinə daxil elədi və həddən artıq maraqlı ideyalarla çıxışlar edildi…

Və sonda seminarın bitməsi bir çox fikirlərin azda olsa aydınlaşmasına kömək elədi,və həddən artıq maraqlı bir seminar keçdi…

Yadda qalan isə seminar iştirakçılarından birinin hərkəsə verilmiş seminar proqramının 23 yanvar 2011 saat 19-00 Bakıya yola düşürük punktunun qarşısına mən getmək istəmirəm fikri oldu…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma