AFU-nun Qış Düşərgəsi…(c)Etibar


Bir neçə gün bundan qabaq, Azad Fikir Universitetinin Qış Düşərgəsi keçirəcəyini Facebookda mənə Ali S. Novruzov tərəfindən göndərilmiş dəvətdən xəbər tutdum. Sözün düzü son zaman AFU-ya çox tez tez gedirdim və AFU-ya Bakı daxilində yeganə həvəslə getdiyim yer kimi bir adda vermişdim özlüyümdə.

Bu Düşərgədə iştirak eləməyi qərarlaşdırdım və müraciət emalini yolladım, nəticələr açıqlananda və adımı sıyahıda görəndə həddən ziyadə sevindim.

Və Fizuli meydanında görüşəndə istər istəməz beynimdən keçdi ki, bu tədbir digərlərindən dəyişik, digərlərindən güclü və səviyyəli keçəcək. Dəvət edilmiş lektor və seçilmiş dinləyici heyəti özü özlüyündə mənim fikrimi qətiləşdirirdi…

Və Səyahət başladı.

Avtobus ilə başlanmış səfərimiz sözün düzü çox uzun çəkdi, bəzi səbəbləri nəzərə alıb, daha uzaq marşrutu seçdik. Yolda başlanan maraqlı söhbətlərin arxasının daha güclü olacaqı fikri özünü səhər ki, mühazirələrdə doğrultdu…

Düşərgənin ilk gününə aid çox yazmaq olar, çox güclü lektorların həddən artıq güclü mühazirələri təqdirə layiq idi. Amma digər tərəfdən ilk gün belə desək 4 güclü mühazirələrin ard-arda olması ,sonuncu mühazirədə nisbətən yorğunluğun özünü biruzə verməsi ilə nəzərə çarpdı. Amma yenədə mən orda narazıçılıq edən bir şəxs görmədim…Çünki həqiqətən çox dəyərli mühazirələr idi. Ağalar Məmmədovun fikirlərinin mənasını şərh eləməsəkdə, Qubad İbadoğlunun iqtisadiyatımıza verdiyi faktlarla açıqlamalar şəxsən məndə neçə vaxtdır fikirləşdiyim bir məsələdə qəti qərara gəlməkdə əsas rol oynadı…

4 Mühazirədən sonra artıq boş vaxt istirahət vaxtı isə Qəbələ otelinin Karaoke-sinin texniki avadanlıqları ilə 3-D formatda 🙂 Sosial Şəbəkə kinosuna baxmaqın da öz marağı var idi…Kinodan sonra Xədicə İsmayıl, Erkin Qədirli, Emin Milli və digər iştirakçıların Branderberq hersoqluğu haqda söhbəti özü elə böyük bir hadisə idi…

İkinci gündə maraqlı mühazirələrlə zəngin oldu. Bir bir bütün mühazilər haqda yazmaq məncə elədə vacib və lazımlı deyil, Azad Fikir Universitetinin saytında bu mühazirələrin video-ları qoyulacaq, onları ordan izləmək isə artıq vacibiyyət olacaq.

Ümumiyyətlə bu düşərgədə itirilən vaxt ancaq yatdıqımız 6-8 saat yuxu vaxtları idi…Bacarsa idik heç yatmayıb mühazirələrin və müzakirələrin davamını dinləməy, iştirak eləməyi seçərdik…Və bu mənim fikrim deyil orda iştirak edən Hər kəsin fikri idi…

Qısası həddən artıq maraqlı keçdi düşərgə…

Özümün çəkdiyim şəkillər zip formatda…Yükləmək istəyən olsa buyursun.

AFU-nun Qış Düşərgəsi…(c)Etibar” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma