Facebook və həyatımız…(c)Etibar


Bu yaxınlarda həyətdə dayanıb siqaret çəkə çəkə gecənin soyuqu ilə söhbət edirdim, düzdür mənim üçün gecə gündüz anlayışları yox olub artıq, mənə maraqlı deyil kimlərin nə elədiyi, nə fikirləşdiyi mənim haqqımda. Mənim həyat idealogiyam buna hesablanıb özümün də xəbərim olmadan. Nəisə danışmaq istədiyim mövzudan uzaqlaşdım… 🙂Həyətdə dayanıb səssizliyə qulaq asırdım və birdən su sayğacından gələn səs mənim sevimli sükutumu pozdu, yaxınlaşıb sayğacın işləmə fəaliyyətinə nəzər saldım, olduqca marağlı bir situasiya ilə rastlaşdım, sayğac əksinə işləyirdi, bizim yox dövlətin bu gedişatla bizə borcu olacaqdı. Həddən artıq kefsiz olduqum anda bu hadisə ilə rastlaşmağım kefimi birdən birə çox qaldırdı, oturub bir az güldümdə.

Bu hadisənin də, mövzuya dəxlisi yoxdur. Mövzu o idi ki , Facebook artıq həyatımızın əsas hissəsi olub, bunu qəbul etsəz də, etməsəzdə bu bir reallıqdır. Özümü misal kimi verirəm həyətdə dayanıb siqaret çəkməyin, su sayğacının əksinə işləməsi, kefimin düzəlməsi vəs. bunlar hamısı mənə aid fikirlərdir amma mən bu fikirləri yazib Facebook-da dost siyahımla paylaşmaqı fikirləşdim və elədim…Və mənim kimi fikirləşən çoxları var…Bunu bilirəm…

Yada ki, mənim kimi fikirləşənlər fikirlərini gizlədirlər, ictimai qınağdan çəkinirlər…

Bu yaxınlarda Ziyalıların Forumu Təşəbbüsü tədbirində Ramiz Rövşənin bir fikri yadıma düşdü…

” İki cür əxlaq var bir daxilə hesablanmış əxlaq, birdə var xaricə hesablanmış əxlaq…  “

Xaricə hesablanmış əxlaqımızı silək tullayaq daxilimizdən, özümüz kimi olaq…

Etibar Salmanlı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma