O tərəfə məktub…yada email…(c) Etibar


İnsanları başa düşmək çətindir, çox qəliz danışırlar insanlar, bəlkə dillərini bilmirik yada başa düşmürük ondandır. Maraqlanırıq əlimizə düşən hər bir materialla, nəsə öyrənmək nəsə yenilik haqda məlumatlı olmaq mənim fikrimcə ziyansızdır.

Texnologiya inkişaf edir, insanlar inkişaf edir, yeni yeni kəşflər, icadlar həyatımızın qapısından icazəsiz daxil olur.

Mənim fikrim isə tamamilə yeni bir icad haqda danışmaq istərdim. Bir az yenilikçi olmamdan birazda romantizmimdən gəlir bu icad haqqında yazmaq istəyim. Düzdür bu icad hələ kəşf edilməyib mən deyirəm bacaran icad eləsin.Müəllif huquqlarını da bağışlayıram ona qardaşyana…

İnsanlar hər zaman ürəylərindəki, beyinlərindəki fikirləri deyə bilmirlər, deyənlərdə var amma deməyənlər, o cəsarəti özlərində tapmayanlar çoxluq təşkil edir. Bəzən bu zaman gecikməsi sonda olacaq olan xoşbəxtliyi 180 dərəcə əksini insanla qarşılaşdırır. Sonram da oturub peşman peşman ağlamaqla keçirdir öz həyatını, cəsarətsizliyinin hədiyyəsini qəbul edir. Bəzən bu hədiyyə lap böyük intihar-la nəticələnir.

Azərbaycan son zamanlar intihar hadisələri üzrə rekordu öz əlində saxlayır, hər gün şəxsən mən ən azı iki intihar xəbəri oxumusan özümü bir az qəribə hiss edirəm. İntihar xəbərləri, intihar hadisələri insanların öz fikirlərini, öz istəklərini edə bilməməzliklərinin və cəsarətsizliklərinin nəticəsidir…

Mən sözün düzü hər zaman deyirəm ki , İntihar və Sevgi güclülərin işidir.

Deməli belə deyə bilmədiklərinizi , gecikdiklərinizi demək üçün, hansı ki, gecikmisiz və demək istədiyiniz şəxs artıq rəhmətə gedib, sizin fikrlərinizi deyə bilmirsiz.

Gedirsiz Mollanın yanına amma fikir verin ki, molla da Təhsil Nazirliyinin akkredatisiya vərəqəsinə malik olsun.

Bütün fikirlərinizi Mollaya çatdırırsız oda öz xususi emali ilə sizin etiraflarınızı o tərəfdəki şəxsə çatdırır, sizdə qəlbən rahatlayırsız, nədə olsa biz axı İslami dəyərlərə hörmət edən xalqıq, məscidlərə pirlərə fövqəladi insanlara inanırıq.

Yox əgər mənim bu ideyam sizə xoş deyilsə, onda nəsə fikirləşdiz nəsə eləmək istədiz gecikməyin…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma