Sənə həsr edirəm…(c)Etibar


Yenə  yazmağı fikrimə gətirdim. Mən bezdim artıq yazmaqdan. İnsan nə qədər pessimizmdən, insan nə qədər ölümdən yazar? Niyəsini soruşma məndən. Mən bilmədiyim heç nə haqqında yazmıram və danışmıram. Əgər dilimə gətirirəmsə, əgər beynimdəki söz yığınağı cümlə halında sizin ya da sənin qarşına gəlirsə, deməli bildiyim hansısa hadisədən danışıram.Yazdığım hər cümlə Sənə həsr edilir.

Hər cümlənin ancaq Sənin başa düşəcəyin qədər mənası var.

Mənasızlıq, həvəssizliyin həyatıma qonaq gəldiyi gündən bu günki anımadək həyatımda çox dəyişikliklər olub. Amma mən səni gözləmişdim, mən səni tapacağıma inanmışdım.

Mən ümumiyyətlə inanclı insan deyiləm, hər şeyə, hətta ilahi qüvvələrə belə güc-bəla inanıram…

Amma səni tapacağıma inanırdım…

Sanki bu inam özünü doğruldub, ola bilsin ki , mən həqiqətən də səni tapmışam.

Sən məni yaxşı tanımırsan , məni çox görməmisən, mənimlə heç əlaqən olmayıb, olubsa da az olub…Amma bunlar mənim səni sevməməyimə ciddi səbəb ola bilməz…

Hər şey bitəcək, hər şey sən istəyən kimi olacaq…Əgər sən istəsən…Çünki mən istəyirəm, özü də çox istəyirəm…

Səndən xahiş edirəm məni səni itirməyə məcbur eləmə…

Ps. Bu an qulaq asdığım musiqinin bir cümləsi, bütün fikrimi sənin yanına aparır…

“Qəlbimi kimsə döyür, deyəsən hisslərimdir…” (AİD)

Pss. Sən bunu oxuyacaqsan, sən başa düşəcəksən sözlərin sənə ünvanlandığını. Amma kimlərsə başa düşmədisə ünvanı…Eybi yox mən burdayam, və hər suala cavab verməyə də hazıram…

Etibar Salmanlı

Sənə həsr edirəm…(c)Etibar” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma