Əl əli yuyar əldə üzü…(c) Etibar


Əl əli yuyar, əl də üzü…

Heç xoşum gəlmir bu misaldan…

Bu misal Azərbaycan xalqının simasını əks etdirir…

Hamı hansısa iş görərkən qarşılıqlı xeyir gözləyir, xeyirsiz bir işə qol qoymaq istəmir. Bu bəlkə də normal haldır bizim xalq üçün. Əks olsa idi, yuxarıda dediyimiz misal hər addım başında qarşımıza çıxmazdı.

Bir- iki misal vermək yerinə düşərdi məncə bu məsələyə dair…

Kim isə nə isə bir iş görür, hansısa bir qurumda hansısa bir tədbirdə iştirak edir. Qıraqdan baxanlar həmin şəxsi o dəqiqə sual atəşinə tuturlar ki, bəs niyə orda idin, niyə getmişdin, nə xeyrin var?

Bax bu yanaşma məsəl üçün məni həddindən artıq əsəbləşdirir. Əgər kimsə hansısa bir işə daxil olursa, bu o demək deyil ki, məqsədi məhz xeyir götürməkdir.

Bu yanaşma həyatın hər tərəfində qlobaldır.

Adicə bu yaxınlarda bir dənə fikir eşitdim – sevgiyə aid idi.  Elə də reklam edilirdi ki, fikir bir az düşünməyə vadar elədi məni. Elə bu yazını da yazmağa o səbəb oldu.

Sən məni sev, mən də səni…

Bu fikir nə qədər absurd görünür…  Ya da nə qədər absurd fikirli insanların məhsuludur bu…

O  yuxarıda dediyimiz misal bu məsələnin bir növ sevgi, məhəbbət variantıdır.

İki sevgilinin beynində bir-birindən xeyir güdmək kimi məsələ ön sırada olur. Kimsə kimdənsə nəsə gözləyir…

Bura əlavə olaraq, təkcə iki sevgilini yox, həmçinin onların ailələrini, qohumlarını da saya bilərik. Hər iki tərəf xeyirlərini güdür, onları maraqlandıran xoşbəxtlik, ya da ali hiss olan sevgi deyil, pul, ev, maşındır. Kürəkənin evi, villası ilə fəxr etməyi bir borc bilirlər. Ya da gəlinin atasının pulu, vəzifəsi çox problemlərin həllinin açarıdır.

Təəsüflənməyəsən, nə edəsən?

Düzdür, bu əsl sevgi hisslərinə aid edilmir…

Amma bura Bakıdır, bura Azərbaycandır, xalqımızın igid oğul-qızları üçün spesifikləşib bu misal artıq.

Hər gün qarşılaşdığımız insanlardan bunu hiss etmirikmi məgər?!

Ona görə, çox  getmirəm o fikirin üstünə…

Biz dəyişməliyik özümüzü, fikirlərimizi. Hər şeyi dəyişməliyik…Yoxsa bizdə bir qramda olsun ümid yoxdur…Biz batacayıq. Hal-hazırda boğazadək zibilin içindəyik. Bir təpər tapıb özümüzdə çıxmalıyıq bataqlıqdan, yoxsa bizdən bir zibil olmayacaq…Onsuzda zibillikdəyik…

Ps. Balaxanı zibilliyini təmizləyiblər onu da nəzərinizə çatdırım…

Pss. Şəkillər üçün Aytən BDU təşəkkür edirəm…

Əl əli yuyar əldə üzü…(c) Etibar” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma