9 illik sevgi…(c)Etibar


2011-in ilk yazısı…Bloqda yeni bir yazı ilə yeni ilə Salam deyirəm, hamımıza uğurlu olsun, düşərli olsun 2011…

Ya Bizimkilər…

Hər şey istədiyimiz kimi olsun…

Yeni il 2011 hamı var gücü ilə sevinir…Mən sevinmirəm, 9 illik sevgimə Əlvida dedim…

Mən səni tanıyanda yaşım az idi, hər kəs məni qınayırdı ki, Etibar yaşın azdır, sənin sevən vaxtın deyil, sənin həyatın qabaqdadır, sən hələ çoxunu görəcəksən, ondan gözəlini, onda daha sevgiyə layqlisini.

Amma mən YOX dedim , mən səni sevdim , həyatımı sənə həsr eləməyi planlaşdırdım, çox şeydən vaz keçdim, çox insanın fikrini vecə almadım…Amma artıq bəsdir, sənin nazınla oynamaqım, artıq bəsdir kefsizlik, artıq bəsdir sonuncu pulumu sənə xərcləməyim, artıq bəsdir yatanda da , yuxudan duranda da səni fikirləşməyim. Sən məni özündən asılı salmışdın. Mən səndən asılı vəziyyətdə idim, nəfəsim səninlə idi, sənsiz havasızlıq idi, sənlə həyat gözəl idi. Məni sevənlər sənə olan sevgimə qısqanclıqla yanaşdılar. Amma həmişə dedilər ki, Etibar tərk etmə onu, sən onunla gözəlsən…

Bu qədər fikir, bu qədər təsir sonda əks təsirə çönəcəkdi, bilirdim. Bilirdim ki, sənsiz qalacaqam. Düzdür çətin idi , mümkünsüz idi amma insan üçün mümkünsüz heçnə yoxdur…Bircə ölümdən və qarşılıqsız sevgidən başqa…

Əlvida Siqaret…Sənsiz darıxacaqam…

Etibar Salmanlı

01.01.2011

01.29

9 illik sevgi…(c)Etibar” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma