Ay Səni Dovşan yesin… (c)Etibar


Yeni il gəlir, hamı sevinir – guya, nəsə yeni bir şey baş verir. Şəhərə çıxırsan, gözünə Yeni İl bayramının rəmzlərindən olan küknar ağacları , saxta babalar, qar qızlar və yekə-iri “dovşan”lar sataşır… yox, düz adamın gözünə girir.
Biz öyrəşmişik saxtalığa. Saxta sevinc, süni gülüş, imitasyon kədər bizim əsas xususiyyətlərimizdir…

Qoroskop, bürc, ilin hansısa heyvan üstündə gəlməsi tipli şeylərə heç vaxt marağım olmayıb, indi də yoxdur heç. Amma maraqı olanlar var, daha doğrusu, çoxdur…Həddən artıq çoxdur…

Bizim dilimiz çox zəngin bir dildir, “N” qədər fikir ifadə ilə doludur. Bizim dilimizdə dovşan bir az maraqlı heyvandır. Bizim dilimizdə dovşana aid bir çox fikir var, əsasən dovşan qorxaqlıq rəmzi və əzizləmə-qayğı ehtiyaclı heyvan kimi təsvir edilir.

İlk öncə birinci fikri bir az açıqlamaq yaxşı olardı. Bizdə “Dovşan eləmək” tipli bir ifadə var. Əsasən YPX Dovşan edib, “Rəis çavuşu dovşan edib”, “Dekan tələbəni dovşan edib”, “Müdir mühasibi dovşan edib” kimi…Burada vəzifəsi yüksək olandan qorxan tiplərə ironiya ilə “dovşan” deyirlər. Yəni, dovşan ağ, balaca, tüklü bir heyvandır və çox qorxaqdır. Biz də, fəxrlə Dovşan ili gəlir deyirik… Onsuz da yaman gündəyik, 2011-də Allah bilir, kimlər bizi “dovşan” edəcək…

İkinci fikirə gəldikdə isə, “Ay səni dovşan yesin, mən də dovşanı” misalını yada salmaq istərəm – çox məşhurdur dilimizdə. Bu fikri mən ilk dəfə “blatnoy” mahnıların ifaçısı Aydınçikin dilindən eşitmişdim, mahnının adı deyəsən elə “Səni dovşan yesin” idi. Bu fikirdə də dovşan təriflənmir, bir balaca əzizlənir. O da ki, çox az əzizlənir, cümlənin davamında artıq dovşanı da “həzm edirlər”. Yazıq dovşan!

Qısa konkret onu deyək ki, siz bu gələn “dovşan”dan heçnə gözləməyin, güclü yenilik zad olmayacaq, qorxun ki, hər şey daha da pisə doğru getməsin. Hər halda, Azərbaycan xalqının ifadə və sözləri bizə umidverici heç nə vəd etmir.

Məndən sizə məsləhət: nə edirsiz edin, dovşandan xeyir gözləməyin. Yox əgər gözləsəniz, ya sizi “dovşan” edəcəklər, yada sizə nəsə yedizdirib, sonra, sizin özünüzü də… Yeyəcəklər!
Ps. Bir fikir də yadımdan çıxmışdı az qala:
“Nə qulağlarını dovşan kimi sallamısan ki?!”

Etibar Salmanlı,

30 Dekabr 2010

Ay Səni Dovşan yesin… (c)Etibar” üçün 4 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma