Hamimizin problemi… (c) Etibar


Yenə mən Yenə təzə mahnı, yeni sözlər … (c) Anar Nağılbaz

Yox mən təzə mahnı , yeni sözlər fikrində deyiləm, beynimdən keçirmirəm, çünki mən artıq musiqi və musiqi sözü yazmaqdan vaz geçmişəm…Düzdür hər gün fikirləşirəm ki, düz eləmirəm qayıtmaq lazımdır musiqiyə…

Bu yazı məndən uzaqdır demirəm, mənə çox yaxındır…Amma onların timsalında…

Amma bu gün musiqidən uzaqam…Yenə yazdıqım mənasız lazımsız fikirlərdi…Bu lazımsızdır deyirəm mən, amma əslində hamının həyatında lazımsız bildiyi anlar var, hamımız sən mən o biz qısacası hamımız üçün lazımsız olan qıraqda olan qeyi tanışlar üçün maraqlı və lazımlıdır…

Mən kiməsə lazımlı mövzu yazmıram, mənə heç maraqlı deyil kiməsə maraqlıyam, mən ətrafımda olanların mənim ya bizim haqqında nə fikirləşdiyi ilə heç vaxt maraqlanmamışam, nə edirəm ki , kiminsə mənim haqqımda (yada bizim)  nəsə fikirləşməsi öməmli deyil. Mənim mənə lazım olanda lazım olmayacaq adamların fikri niyə maraqlı olmalıdır axı…

Mən bu məsələyə öz həyatımdan misal vermək fikrim yoxdur, verərəm amma az..Əsas fikrim odur ki, sənin mənim onun başına gəlmiş hadisə hamımızın başına gəlmiş kimi maraqlıdır bizə…

Mən ifadəsi Mən deyilaa yəni Etibar Salmanlı deyil)))Filankəsov Filankəsdir)))

Mən onu sevirdim oda məni sevirdi, bizim üçün həyat əla idi, hər problem asand gəlirdi bizə, neftin qiyməti düşüb hmmm, nə edəkeee, amma ki, mənim atam neftçi idi axı eləbil, neftin barelinin qiymətinin qalxması mənim atamın məvacibinin artıması ilə müşahidə edilirdi…Bizim ölkədə elədir, satdığımız neftin qiymətinin qalxması bizim məvaciblərimizin və həyat şəraitimizin yüksəlməsi ilə müşaiyət olunur…Həyat şəraiti qalxdıqca insanların, xoşbəxt yaşamaqa, sevməyə sevilməyə həvəsi artır…Sən məni ilk görüşdən sevgiyə inandırmışdın…Məndə ona özümü inandırmışdım ki , həqiqətən sevgi var, və Leyli və Məcnun şairlərin uydurması deyil…Seni menden aldi , cəmiyyət , cəmiyyətin qayda qanunları, yalanları. Filankəslər bizim tayımız deyil, əgüpdür qohum qardaşdan tipli yalanlar…

Bir nəfərin danışdıqı yalan o qədər inandırıcı olmur kütlə içərisində. Bir nəfərin danışdıqı yalan elədə kütləvi əhəmiyyət daşımır, amma 2 yada daha çox adamın dediyi yalan sonda qlobal bir fikrə dönür və mühüm əhəmiyyətli xəbər kimi camaata ixrac edilir…

Bizdə bəzi gic gic adətlər var, mənim milli mentalitetdən yada hansısa bir fikirdən, nifrətimi hamı bilib, kiminsə doqrusu mənim üçün doğru yada kiminsə səhv fikirləşdiyi əməl mənim üçündə eyni ola bilməz…Kimlərdə ki, belədir mənim onlara nifrətim deməyək amma xoşuma gəlmir elə insanlar…Mənim həyatımda o insanların bir rolu yoxdur, rolu olan insanlar məni dəstəkləyərlər yada dəstəkləyərdi…

Məni dəstəkləməyən adam mənim düşmənim deyil , amma mənim dostum da deyil, mənim dostum məni çox qərarımda dəstəkləyər…Məni o zaman dəstəkləməzlərki , o zaman mən qərarımda hansısa pis bir fikri dəstəkləyərəm…

Mın indiyədək dostlarımın hər addımını dəstəklədim, müzakirəyə çevirmədim, niyə sualını vermədim…Dostumun qərarı mənim qərarımdır dedim…

Dostum mənim qərarımı dəstəkləmədi, incimədim onun qərarına hörmətlə yanaşdım…Amma dost mənim ən müqəddəs saydıqım hissəmdən vurdu…Müqəddəsliyinə xələl gətirdi…Yenə kin saxlaya bilmədim, mən beləyəm nə edim … Mən Yox Sən…Mən Yox Siz…

Həyat hamı ilə oyun oynayır, hamı bunu bir cür qəbul edir, biri intiharı seçir, biri öldürməyi seçir (kimdənsə intiqam almaq fikri ilə) , kimi isə heçnə etmir bunu alın yazısı sayır, oyunun sonunu gözləyir…Oyunun sonunu gözləyənlər sonda qalib gəlirlər, ya bu dünyada yada o biri dünyada…İki tərəfdən birində mütləq mükafatlandılır…

Mən səni sevdim, səndə guya sevirdin məni, bizi heçkim ayıra bilməzdi. Bizi heç kim ayıra bilməzdi məsələsində səninlə razı…Sənin ailəndə razı idi guya…Sən mənə əlaqəmizi rəsmiləşdirməyi təklif elədin…Mən sənə 10 gün gözləməyi məsləhət gördüm. 7ci gün sən mənə səni ailəndən qaçırtmağı məsləhət gördün. 8ci gün günorta mən dostlarimdan kömək istədim…9cu günün səhəri sənin nişanlanmağın barədə xəbər gəldi…10cu gün dostlarim məni tərk eləmədi…Və 10 cü gün davam edir… Hələdə.

Mənim qəlbimin Vip otağları, çox insanı qəbul etmiş amma heçkimi tərki diyar eləməmiş. Oxşamırda digərlərinə, digərləri siyahıdan sildikləri insanları həyatlarından silirlər. Özlərinə görə əlbəttə. Əslində elə deyil sildikləri insanlar onları hər zaman izləyir kölgə kimi…

Kimsə bu yazını oxuyacaq sevinəcək, kimi əksinə əsəbiləşəcək yada söyəcək , məni söyməyəcək amma məni bu vəziyyətə gətirəni söyəcək. Bilmədən də mənim də nifrətimi qazanacaq…Ancaq bu nifrət sonda sevgi gətirməyəcək…

Ardı olacaq…

Etibar Salmanlı

24-12-2010  04/21

 

 

Hamimizin problemi… (c) Etibar” üçün bir cavab

  1. bunu oxudum 2 deyq fikre gettim……… en pis aci budur ki sevdiyin shex diger insanindi …….en doZulmez, an aci veren hadise……. senin yerine heqiqeten coox pis oldum …… amma unutmaki ne olursa her shey yaxshiliqa doqru olur , belkede ne vaxtsa o sene boyuk bir eziiyet fere bilerdiki, onda fikirlesheceydin ki cashki hec bunu evvel etmezdim , onda buda hadisede olmazdi ,peshman olacaydin ,,,, ne olursa her shey yashiliqa doqru olur ,,,,,, menim bele devizim var ( что бывает всё к лучшему, и всё по воли АЛЛАХА )

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma